Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada 127 min çadır qış şəraitində sığınacaq üçün yararsız hala düşüb

    13 Yanvar 2026 15:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qəzza zolağında didərgin düşmüş fələstinlilər üçün qurulan 135 min çadırdan 127 mininin ağır qış şərtləri səbəbindən sığınacaq üçün yararsız hala gəldiyi açıqlanıb.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Hökumətin Medya Ofisinin rəhbəri İsmayıl əs-Sevabite bölgədəki ailələrin köhnəlmiş çadırlarda və təcrid olunmuş ərazilərdə yaşadığını bildirib. O qeyd edib ki, ərazidə qütb mənşəli kəskin soyuqların təsiri nəticəsində çadırların böyük əksəriyyəti öz funksiyasını itirib. Hazırda bölgədə yorğan, döşək və sığınacaq böhranı boğucu həddə çatıb.

    Sevabite bildirib ki, yerindən edilmiş fələstinlilərin istilik sistemlərinə və isti geyimlərə olan ehtiyacı 70 faizdən çoxdur. Bu böhranın İsrailin apardığı genişmiqyaslı dağıntı siyasətinin birbaşa nəticəsi olduğunu vurğulayan rəsmi infrastrukturun təxminən 90 faizinin məhv edildiyini diqqətə çatdırıb. Məlumata görə, 2 milyondan çox insan didərgin düşüb və 288 mindən çox ailə tamamilə sığınacaqsız qalıb.

    Hökumət rəsmisi həmçinin əlavə edib ki, İsrail ordusu indiyədək 303 sığınacaq mərkəzini və 61 qida paylama məntəqəsini bombalayıb. Soyuq hava və sığınacaq çatışmazlığı on minlərlə insanın tənəffüs yolları və yoluxucu xəstəliklərə tutulmasına səbəb olub. Bölgədə 38 xəstəxananın dağıdılması və 96 sağlamlıq mərkəzinin fəaliyyətini dayandırması xəstələrə tibbi müdaxiləni qeyri-mümkün edir və ölüm riskini artırır. Sevabite beynəlxalq birliyi qış fəslində kütləvi ölümlərin qarşısını almaq üçün təcili hərəkətə keçməyə çağırıb.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    Qəzza aclıq və bahalıq fonunda üçüncü Ramazana daxil olur

    17 Fevral 2026 22:13

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17
    XƏBƏR LENTİ

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.