Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Fələstin Prezidenti və İtaliyanın Baş naziri Qəzza atəşkəsi səylərini müzakirə edib

    8 Noyabr 2025 09:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İtaliyanın Baş naziri Giorgia Meloni Romaya səfər edən Fələstin Prezidenti Mahmud Abbasla görüş keçirib. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafını, həmçinin regional vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə ediblər.

    AzerVoice xəbər verir ki, Fələstin Xəbər Agentliyi (WAFA) bildirir ki, Mahmud Abbas görüş zamanı Qəzza Zolağında atəşkəsin davamlılığının təmin olunması, humanitar yardımın əhaliyə fasiləsiz şəkildə çatdırılması, girovların və məhbusların azad edilməsi, İsrail ordusunun Zolaqdan tam çıxması və Fələstin Dövlətinin Qəzzada idarəçiliyi öz üzərinə götürməsi istiqamətində aparılan səylər barədə məlumat verib. O, həmçinin bərpa prosesinin başlanmasının və əhalinin məcburi köçürülməsi və ya torpaqların ilhaqı cəhdlərinə yol verilməməsinin zəruriliyini vurğulayıb.

    Abbas İordan çayının Qərb sahilində, xüsusilə də Şərqi Qüdsdə vəziyyətin daha da gərginləşdiyini, məskunlaşma siyasətinin davam etdiyini, məskunlaşanların zorakılığı, fələstinli mülki şəxslərə hücumlar, zeytun ağaclarının sökülməsi və İslam və Xristian müqəddəs məkanlarına qarşı təcavüz hallarının artdığını diqqətə çatdırıb.

    Görüşdə Fələstin tərəfi İtaliyaya Fələstin Dövlətini rəsmən tanımaq çağırışını yeniləyib. Bu addımın iki dövlətli həll yolunun qorunması, İsrail siyasəti nəticəsində prosesin sistemli şəkildə dağıdılmasının qarşısının alınması, beynəlxalq qərarlar və Ərəb Sülh Təşəbbüsü əsasında sülhə nail olunması, eləcə də 1967-ci il sərhədləri daxilində, Şərqi Qüds paytaxt olmaqla Fələstin Dövlətinin müstəqilliyinin təmin edilməsində mühüm rol oynayacağı bildirilib.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Giorgia Meloni #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada Yasir Əbu Şəbab öldürüldü

    4 Dekabr 2025 16:50

    İsrailin hava və artilleriya hücumları Qəzzada dağıntılara səbəb olub

    4 Dekabr 2025 15:55

    İsrail və HƏMAS arasında atəşkəsin birinci mərhələsi yekunlaşmaq üzrədir

    4 Dekabr 2025 10:45

    Qəzzada atəşkəsin ikinci mərhələsi çox yaxında başlayacaq - Tramp

    4 Dekabr 2025 10:05

    İsrail atəşkəsi pozmağa və yerindən edilmiş insanları hədəf almağa davam edir - HƏMAS

    3 Dekabr 2025 17:11

    Qəzzada İsrail hücumlarında həlak olanların sayı 70 mini keçib

    3 Dekabr 2025 15:26

    Qəzzaya humanitar yardım hələ yetərli səviyyəyə çatmır - UNOCHA

    3 Dekabr 2025 13:02

    Ginnesin Rekordlar Kitabı İsraili boykot etmək qərarına gəlib

    3 Dekabr 2025 12:33

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52

    APA-nın Siyasi İşlər və Fələstin Komitələrinin görüşləri dekabrda İranda keçiriləcək

    3 Dekabr 2025 11:39

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    İsrail ordusu noyabrda Fələstinə iki mindən çox hücum həyata keçirib

    3 Dekabr 2025 09:15
    Demo
    XƏBƏR LENTİ

    İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.