BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün İordaniyanın xarici işlər naziri Ayman Səfadi ilə telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, danışıq zamanı başda Fələstin məsələsi olmaqla Yaxın Şərqdəki son vəziyyət, regional təhlükəsizlik və humanitar durum ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bölgədə gərginliyin azaldılmasının və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Məlumata əsasən, nazirlər Fələstində mövcud vəziyyət, atəşkəs təşəbbüsləri və humanitar yardım məsələlərini də müzakirə ediblər. Həmçinin regional diplomatik koordinasiyanın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Tərəflər Türkiyə ilə İordaniya arasında mövcud əməkdaşlığın gücləndirilməsi və regional problemlərin siyasi-diplomatik yollarla həlli istiqamətində məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq ifadə ediblər.