Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin ölüm cəzası qanun layihəsi müharibə cinayətlərinin rəsmi elanıdır - Fələstin

    4 Noyabr 2025 09:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fələstin rəhbərliyi, İsraildə fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsini “müharibə cinayətlərinin rəsmi elan edilməsi” kimi qiymətləndirib və bunu dəstəkləyənlərin cəzalandırılmasını tələb edib.

    AzerVoice xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi, fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsinin İsrail Parlamentinin Milli Təhlükəsizlik Komissiyası tərəfindən qəbul edilməsindən sonra yazılı açıqlama yayıb.

    Açıqlamada bildirilib ki, bu layihə ilə müharibə cinayətləri və insanlığa qarşı cinayətlər qanunverici orqan vasitəsilə rəsmi şəkildə elan edilir və bu da İsraildə radikallığın və cinayətkarlığın nəzarətdən çıxaraq xroniki hala gəldiyini göstərir.

    Açıqlamada həmçinin vurğulanıb ki, İsrailin məhkəmə sistemi və parlamenti cinayətlərin qanuniləşdirilməsi və cəzasızlığın təmin olunması vasitəsinə çevrilib.

    Mətndə, məhbusların edamını nəzərdə tutan qanunun məhkəməsiz edam qərarı olduğu qeyd olunub və bunun Qəzza zolağında törədilən, hazırda Qərb Sahili və Qüdsə qədər uzanan soyqırımı cinayətlərinə yeni bir hal əlavə etmək niyyəti daşıdığı vurğulanıb.

    Açıqlamada, sözügedən qanun layihəsinin İsrailin hüquq sistemi daxilindəki irqçi radikalizmi və faşizmi üzə çıxardığı, həmçinin 4-cü Cenevrə Konvensiyası da daxil olmaqla bütün beynəlxalq razılaşmaların, normaların və beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu qeyd olunub.

    Bəyanatda vurğulanıb ki, bu qanun layihəsinin “onu təklif edən, qəbul edən və ya səs verənlərə qarşı beynəlxalq səviyyədə hər hansı addım atılmadan” qəbul edilməsi insanlıq üçün qara ləkə olacaq və məhkəməsiz edamlara şəriklik təşkil edəcək.

    Fələstin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti və hüquq qurumlarını işğalçı qüvvənin izlədiyi bu təhlükəli yolla mübarizə aparmağa, hesabatlılıq mexanizmlərini işə salmağa, bu yanaşmanı dəstəkləyən parlament üzvlərini terror siyahılarına salmağa, onları və bu irqçi qurumu boykot etməyə dərhal çağırıb.

    İsrail Parlamentinin Milli Təhlükəsizlik Komissiyası fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edərək onun parlamentdə səsə çıxarılmasının yolunu açıb.

    Mübahisəli qanun layihəsinə əsasən, İsrail məhkəməsi bir israillini “millətçi səbəblərlə” öldürənlərə ölüm cəzası verə bilər.

    Lakin layihə qanunlaşacağı təqdirdə, bu maddə fələstinliləri öldürən israillilərə şamil edilməyəcək.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.