Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Su qıtlığı və 250 min ton tullantı Fələstin xalqının sağlamlığını təhdid edir - Qəzza Bələdiyyəsi

    28 Oktyabr 2025 10:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qəzza Bələdiyyəsi bölgədə 250 mindən çox ton zibilin yığılması, tullantı sularının küçələrə sızması və təmiz su çatışmazlığı səbəbilə Fələstin xalqının ciddi ekoloji və sağlamlıq riskləri ilə üzləşdiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, bələdiyyənin sözçüsü Asim ən-Nəbih bildirib ki, İsrailin Qəzzada iki ildir davam edən soyqırımı nəticəsində bələdiyyəyə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların 85 faizindən çoxu sıradan çıxıb və nəticədə 250 min ton tullantı toplanıb.

    “Qəzza su qıtlığı və şəhər boyu yığılmış dörddə bir milyon ton tullantı da daxil olmaqla, vətəndaşların həyatını təhdid edən müxtəlif sağlamlıq və ekoloji fəlakətlərlə üz-üzədir.” - deyə Nəbih qeyd edib.

    O, şəhərin müxtəlif yerlərində zibil yığınlarının getdikcə artdığını, bunun da gəmiricilərin və zərərvericilərin çoxalmasına, yoluxucu xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olduğunu bildirib. Nəbih əlavə edib ki, İsrail Qəzza Bələdiyyəsinin Cuhar əd-Dikdə yerləşən zibil poliqonuna daxil olmasına icazə vermir.

    “Qəzzada içməli su çatışmazlığı zibil yığılması ilə eyni vaxtda yaşanır. Bu vəziyyət yüz minlərlə insanın həyatını təhdid edir. Bələdiyyənin təmizlik işlərini həyata keçirmək üçün kifayət qədər texnika, yanacaq və avadanlığı da yoxdur.” - deyə Nəbih əlavə edib.

    Nəbih bildirib ki, İsrail qüvvələri bələdiyyə işçilərinin zibilləri daşımasına icazə vermədiyi Cuhar əd-Dik bölgəsi ABŞ prezidenti Donald Trampın sülh planına görə “Sarı Xətt” adlandırılan, İsrail ordusunun nəzarətində olan ərazidir.

    “İsrail ordusu geri çəkilmə xəttinin şərqindəki bölgələri tam nəzarət altında saxlayır,” – deyə Nəbih qeyd edib və bu səbəbdən bələdiyyə işçilərinin “Qəzzanın tullantılarını həmin əraziyə daşıya bilmədiyini” vurğulayıb.

    “Kanalizasiya sularının sızması nəticəsində bir çox küçələr yaşayış üçün yararsız hala gəlib. Bu vəziyyət epidemiya riskini artırır.” - deyə Nəbih əlavə edib.

    O, beynəlxalq ictimaiyyətə “təcili müdaxilə” çağırışı edərək xəbərdarlıq edib.

    “Yeni nəqliyyat vasitələrinin və yanacağın girişinə icazə verilməsə, Qəzza xalqı xəstəliklər və epidemiyalar səbəbindən ölməyə başlayacaq.” - deyə Nəbih qeyd edib.

    Qəzzadakı Fələstin hökumətinin məlumatına görə, İsrailin hücumları nəticəsində son iki ildə təxminən 700 min metrlik kanalizasiya xətləri məhv edilib.

    İsrailin Qəzzaya qarşı iki ildir davam edən hücumları nəticəsində 68 min 527 fələstinli həyatını itirib, 170 mindən çox insan yaralanıb.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

    Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edir

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.