BAKI,AzerVoice, Fərid Mikayılov
Argentinalı futbol ulduzu Lionel Messi 2026-cı il Dünya Çempionatında iştirak etməyə bilər.
AzerVoice xəbər verir ki, hazırda 38 yaşlı futbolçu MLS-in yeni mövsümünə hazırlaşır.
Ekspertlər bildirir ki, turnirdə iştirak üçün Messinin fiziki forması həlledici rol oynayacaq, çünki Dünya Çempionatında MLS-dən daha yüksək səviyyədə fiziki hazırlıq tələb olunur.
Ötən mövsümdə İnter Mayami komandasında 34 oyunda 35 qol vuran və 23 assist edən Messi, klubunu ilk dəfə liqa çempionu etməyə nail olub.
2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində Kanada, ABŞ və Meksikada keçiriləcək.