BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyənin 38 şəhərində son bir həftə ərzində aparılan əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan və təşkilata maliyyə dəstəyi göstərdiyi müəyyən edilən 161 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama yayaraq, əməliyyatların detallarını ictimaiyyətlə bölüşüb.
“İŞİD terror təşkilatı daxilində fəaliyyət göstərən və maliyyə dəstəyi verdiyi müəyyən edilən 161 şübhəlini son bir həftə ərzində həyata keçirdiyimiz eyni vaxtlı əməliyyatlarla yaxaladıq” – deyə nazir qeyd edib.
Əməliyyatlar zamanı çox sayda tapança və ov tüfəngi, həmçinin təşkilata aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
Yerlikaya, Türkiyə vətəndaşlarının təhlükəsizliyi və əmin-amanlığı üçün bu cür əməliyyatların fasiləsiz davam etdiriləcəyini vurğulayıb.