Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Küveyt İŞİD üzvünün məscidlərdən birinə hücum planını zərərsizləşdirib

    30 Sentyabr 2025 20:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Küveyt Daxili İşlər Nazirliyi ölkədə məscidlər və ibadət yerlərinə yönəlmiş partlayıcı-təxribat əməliyyatı hazırlayan bir əcnəbi mənşəli sakin (müvəqqəti yaşayan) saxlandığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, nazirliyin bazar ertəsi gecə yaydığı bəyanatda bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti qabaqlayıcı əməliyyat çərçivəsində planı ifşa edib.

    «Ölkənin təhlükəsizliyini qorumaq və sabitliyini təmin etmək məqsədilə aparılan intensiv qabaqlayıcı tədbirlər nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti dini məkanlara hücum etmək niyyətində olan qadağan olunmuş təşkilata mənsub əcnəbi mənşəli bir sakini həbs edə bilib. Araşdırmalar zamanı onun partlayıcı qurğular hazırlamaq üçün istifadə olunan bir sıra texniki avadanlıq və materiallar, eləcə də onların hazırlanma və istifadə üsulları yaşayış yerində aşkar edilib» -nazirliyin bəyanatında deyilir.

    Nazirlik əlavə edib ki, bu, planın ciddiliyini və təhlükəsini təsdiqləyir və ölkənin əmin-amanlığına, vətəndaşların və sakinlərin təhlükəsizliyinə zərər vurmaq niyyətində olan hər kəsə qarşı qətiyyətlə mübarizə aparılacaq. Bəyanatda vurğulanır: «Daxili İşlər Nazirliyi hər kəsə xəbərdarlıq edir və belə terror planlarına heç vaxt imkan verilməyəcəyini, qarşısının güclə alınacağını bəyan edir».

    Küveytin yerli KİV-ləri isə mənbələrə istinadən saxlanılan şəxsin «misir vətəndaşı» olduğunu və onun qadağan olunmuş İŞİD təşkilatına mənsub olduğunu bildiriblər. Həmin mənbələrə görə, şübhəli həmçinin etiraf edib ki, dini məkanları hədəfləyən partlayıcı əməliyyat təşkil etməyi planlaşdırıb və partlayıcıların hazırlanmasını öyrənib.

    Hadisə ilə bağlı istintaq davam edir və aidiyyəti qurumlar əlavə araşdırmalar aparırlar. Rəsmi açıqlama hücum planının qarşısının alınmasının Küveytin təhlükəsizlik orqanlarının qabaqlayıcı fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayır.

    #Küveyt #Misir #İŞİD #İŞİD terror təşkilatı #məscid #İŞİD-lə mübarizə Suriyada
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    7 Dekabr 2025 15:00

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    7 Dekabr 2025 11:23

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    28 Noyabr 2025 13:50

    İstanbulda İŞİD-ə partlayıcı təmin edən 14 şübhəli saxlanılıb

    26 Noyabr 2025 11:23

    Sudanda üç aylıq humanitar atəşkəs elan edilib

    25 Noyabr 2025 12:22

    Misirdən Türkiyə limanlarına 8 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    25 Noyabr 2025 09:43

    Tarixdə bu gün – 22 Noyabr

    22 Noyabr 2025 00:01

    D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub

    21 Noyabr 2025 19:06

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    15 Noyabr 2025 11:24

    Səudiyyə Ərəbistanı və Misir: Sudanda atəşkəs və siyasi proses zəruridir

    15 Noyabr 2025 06:54
    Demo
    XƏBƏR LENTİ

    İran xarici işlər naziri Azərbaycana səfərə yola düşüb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.