Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran, Çin, Pakistan və Rusiya Əfqanıstanla bağlı birgə bəyanat verib

    26 Sentyabr 2025 11:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    İran, Çin, Pakistan və Rusiya xarici işlər nazirləri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstan mövzusunda dördtərəfli görüş keçirib və birgə bəyanat qəbul ediblər.

    AzerVoice xəbər verir ki, Rusiyanın təşəbbüsü ilə keçirilən toplantıda nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə edərək, ölkənin müstəqil, vahid və sabit dövlət olaraq qalmasının vacibliyini vurğulayıblar.

    Onlar terrorizm, müharibə və narkotiklərdən azad bir Əfqanıstanı dəstəklədiklərini bəyan ediblər.

    Bəyanatda, ölkənin ağır humanitar böhrandan çıxması üçün davamlı iqtisadi əməkdaşlıq və regional inteqrasiyanın əhəmiyyətinə diqqət çəkilib. Nazirliklər Əfqanıstanla ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə hazır olduqlarını bildiriblər.

    Nazirlər Əfqanıstanda fəaliyyət göstərən İŞİD, əl-Qaidə, ETİM, TTP, Ceyş əl-Ədl, BLA və digər qrupların regional təhlükəsizlik üçün ciddi təhdid yaratdığını qeyd ediblər. Onlar narkotik istehsalına qarşı mübarizənin gücləndirilməsini, xüsusən sintetik narkotiklərin artımına qarşı tədbirlərin görülməsini vacib sayıb.

    Bəyanatda həmçinin 1988-ci il sanksiya rejiminin yumşaldılmasının zəruriliyi vurğulanıb. Taliban siyahısında olan şəxslərə səyahət qadağasının yumşaldılması, inklüziv yanaşmaya töhfə verəcək addım kimi dəyərləndirilib.

    Qaçqınlar və humanitar dəstək

    İran və Pakistanda milyonlarla qaçqına ev sahibliyi edilməsinə görə təşəkkür bildirən nazirlər, beynəlxalq ictimaiyyəti qaçqınların təhlükəsiz geri qayıdışı və inteqrasiyası üçün davamlı maliyyə və texniki dəstək verməyə çağırıblar. Humanitar yardımların isə siyasi şərtlərdən uzaq şəkildə çatdırılması tələb olunub.

    Dördlük, Əfqanıstanda bütün ictimai qrupları əhatə edən idarəçilik sisteminin yaradılmasını vacib hesab edib. Qadınların və qızların təhsil, məşğulluq, iqtisadi imkanlar və əsas xidmətlərə çıxışının təmin olunmasının ölkənin sülhü və sabitliyi üçün mühüm olduğu qeyd olunub.

    Nazirlər NATO ölkələrini Əfqanıstanın hazırkı vəziyyətinə görə məsuliyyət daşımağa çağırıb və beynəlxalq sanksiyaların ləğvini, Əfqanıstanın dondurulmuş aktivlərinin azad edilməsini tələb ediblər. Xarici hərbi bazaların regionda yerləşdirilməsinə qarşı çıxaraq, bunun regional sülh və təhlükəsizliyə zərər vuracağı bildirilib.

    #İran #Rusiya #Moskva #Pakistan #İŞİD #Çin #Nyu-York #Əfqanıstan #Tehran #Taliban #İslamabad #Əl-Qaidə terror təşkilatı #Pekin #BMT Baş Assambleyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    7 Dekabr 2025 20:02

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    7 Dekabr 2025 12:00

    Makron Zelenski ilə telefon danışığı aparıb

    7 Dekabr 2025 10:00

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    6 Dekabr 2025 16:55

    İran quraqlığa dəniz suyu ilə həll yolu axtarır

    6 Dekabr 2025 15:43

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    Pakistan - Əfqanıstan sərhədində yenidən gərginlik yaranıb

    6 Dekabr 2025 13:05

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Rusiyada güclü zəlzələ olub

    6 Dekabr 2025 09:25

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Rusiya və Hindistan liderləri strateji əməkdaşlığı gücləndirdi

    5 Dekabr 2025 13:56

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    5 Dekabr 2025 01:00
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 8 Dekabr

    Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.