Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran casusluq ittihamı ilə daha bir şəxsi edam etdi

    20 Oktyabr 2025 00:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İran məhkəmə orqanları İsrailin xeyrinə “casusluq” etməkdə ittiham olunan bir şəxsin edam edildiyini açıqlayıb. Bu edam, iyun ayında iki ölkə arasında 12 gün davam edən müharibədən sonra həyata keçirilən edamlar silsiləsinin davamı kimi qiymətləndirilir.

    AzerVoice xəbər verir ki, İranın məhkəmə hakimiyyətinə məxsus “Mizan” agentliyinin məlumatına görə, “Mossad casusu” barəsində çıxarılmış ölüm hökmü şənbə günü səhər Qum şəhərindəki həbsxanada icra olunub. Dini mərkəz sayılan Qum paytaxt Tehran şəhərinin cənubunda yerləşir.

    Hakimiyyət orqanları məhkumun kimliyini, həbs tarixi və konkret ittiham detallarını açıqlamayıb. Lakin “AFP” agentliyinin bildirdiyinə görə, o, “müharibə aparmaq” və “yer üzündə fəsad törətmək” ittihamları ilə təqsirli bilinib. Bu iki maddə İran qanunvericiliyində ən ağır cinayətlər hesab olunur və ölüm cəzası ilə nəticələnir.

    Son aylarda İran hökuməti “Mossad üçün işləməkdə” ittiham olunan bir sıra şəxslərin həbsi və edamını elan edib. Ötən çərşənbə günü isə İsrail və ABŞ lehinə casusluqda ittiham edilən şəxslər üçün cəzaları sərtləşdirən yeni qanun qüvvəyə minib.

    Bundan əvvəl, bu ayın əvvəlində, İran hökuməti altı məhbusun edam olunduğunu açıqlamışdı. Rəsmilərə görə, həmin şəxslər İsrailin adından ölkənin cənub-qərbində hücumlar həyata keçirmişdilər. Lakin insan haqları təşkilatları bəyan etmişdi ki, bu şəxslərin hamısı 2019-cu il etirazları zamanı həbs olunmuş ərəb siyasi məhbuslardır.

    Qruplar qeyd edib ki, məhkumlar “Əhvazı Azad Etmək üçün Ərəb Mübarizə Hərəkatı” ilə əlaqədə ittiham olunublar. Bu hərəkat əvvəllər İranın neft kəmərlərinə və təhlükəsizlik obyektlərinə hücumlar həyata keçirməklə tanınıb.

    Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü bəyan edib ki, ölkənin cənub-şərqində İsrailə bağlı silahlı qrupların hücumları nəticəsində azı dörd nəfər ölüb.

    SEPAH-ın rəsmi “Sepah News” saytında yayılan məlumata görə, bu “İsrail rejiminə bağlı muzdlular” ölkədəki sünni qəbilə liderlərindən bir neçəsini qətlə yetiriblər.

    Hadisələr İranın ən gərgin bölgələrindən biri olan Bəluçistan əyalətində baş verib. Bu regionda yaşayan əhalinin əksəriyyəti sünni bəluclardır və onlar uzun illərdir siyasi ayrı-seçkilik, iqtisadi tənəzzül və mərkəzi hakimiyyətin laqeyd münasibətindən şikayətlənirlər.

    Bəluçistan tez-tez silahlı qarşıdurmalar, qaçaqmalçılıq və sərhəd zorakılıqları ilə gündəmə gəlir. Burada uzun illərdir fəaliyyət göstərən “Ədalət Ordusu” (Ceyş əl-Ədl) adlı silahlı qrup İran tərəfindən terror təşkilatı kimi tanınır. Qrup öz fəaliyyətini “Bəlucların siyasi haqlarının müdafiəsi” kimi təqdim edir və dəfələrlə SEPAH və dövlət orqanlarına qarşı hücumların məsuliyyətini üzərinə götürüb. İran hökuməti isə bu qrupların və bölgədəki müxalifətin İsraillə əlaqədə olduğunu iddia edir.

    #MOSSAD #edam cəzası #İran kəşfiyyatı və Mossad mübarizəsi #Edam nisbəti #Mossadın Afrikadakı fəaliyyəti #Mossad casus şəbəkələri #Mossad hücumları İran #MOSSAD-ın Türkiyədə fəaliyyəti #İranda edam #Mizan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İsrailin xeyrinə casusluqda ittiham olunan şəxsi edam edib

    7 Yanvar 2026 12:38

    Tehranda MOSSAD agenti saxlanıldı

    5 Yanvar 2026 15:45

    MOSSAD Livanda gizli əməliyyat keçirdi

    25 Dekabr 2025 09:27

    İran vətəndaşı MOSSAD ilə əlaqələrinə görə edam edildi

    20 Dekabr 2025 12:02

    Husilər casusluqda ittiham edilən 17 nəfərə edam cəzası verib

    23 Noyabr 2025 20:48

    Avropadakı sui-qəsdlərin arxasında İranın yüksək rütbəli komandiri dayanır -İsrail

    27 Oktyabr 2025 09:00

    İsrail PUA-sı Dəməşq yaxınlığındakı hərbi mövqelərə zərbələr endirib

    13 Oktyabr 2025 05:56

    MİT İstanbulda daha bir İsrail casusunu saxladı

    3 Oktyabr 2025 16:15

    MİT, İstanbulda MOSSAD üçün çalışan casusu yaxalayıb

    3 Oktyabr 2025 09:55

    Tramp ən ağır cinayətkarlara qarşı edam cəzasını bərpa edib

    26 Sentyabr 2025 12:45

    İran İsrail lehinə casusluqda ittiham edilən şəxsi edam edib

    17 Sentyabr 2025 18:47

    İranda MOSSAD üçün çalışan səkkiz nəfər həbs edilib

    30 Avqust 2025 15:31
    Demo
    XƏBƏR LENTİ

    2026-cı ildə dünyanın ən güclü tank orduları açıqlanıb

    Bu gün Mahatma Qandi qətlə yetirildi

    Tarixdə bu gün - 30 yanvar

    Azərbaycanın hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək - Ceyhun Bayramov

    Türkiyənin İzmit neft emalı zavodunda partlayış baş verib

    İran SEPAH-ın terror siyahısına salmasını riyakarlıq adlandırıb

    ABŞ-ın Yaxın Şərqdəki döyüş gəmilərinin sayı ona çatıb - Tramp İrana qarşı təzyiqləri gücləndirir

    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər

    Rusiya İrandakı Atom Elektrik Stansiyasını təxliyə edə bilər

    Ərdoğan və Özbəkistan Prezidenti birgə mətbuat konfransında çıxış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.