BAKI, AzerVoice, Səməd Əyyubov
BMT Təhlükəsizlik Şurası cümə axşamı günü Livanın cənubundakı sülhməramlı qüvvələrin (UNIFIL) mandatını sonuncu dəfə uzadaraq, 2027-ci ildə onların mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan proqram qəbul edib.
AzerVoice-un məlumatına görə, bu qərar İsrail və ABŞ-ın tələbi əsasında gündəmə gətirilib.
“UNIFIL-in mandatı sonuncu dəfə 31 dekabr 2026-cı ilədək uzadılır və həmin tarixdən etibarən bir il ərzində tədricən, əlaqələndirilmiş və təhlükəsiz şəkildə çıxarılma prosesinə başlanacaq”, - Şuranın yekdilliklə qəbul etdiyi qətnamədə bildirilib.
Qeyd edək ki, 1978-ci ildə yaradılan BMT-nin Livandakı müvəqqəti qüvvələri (UNIFIL) hazırda İsraillə Livanın cənub sərhədlərində patrul xidməti həyata keçirir.