Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Hatayda meşə yanğını baş verib

    28 Avqust 2025 18:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyənin Hatay vilayətində meşə yanğını qeydə alınıb.

    AzerVoice xəbər verir ki, yanğın Hatayın Antakya rayonunda Həbib-i Nəccar dağının ətəklərində yerləşən meşəlik ərazidə baş verib.

    Əraziyə Hatay Meşə Regional İdarəsinin və Hatay Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları, helikopter və yanğınsöndürən texnika cəlb olunub.
    Hazırda yanğının nəzarət altına alınması üçün havadan və qurudan müdaxilə davam etdirilir.

    Yanğının səbəbi naməlumdur.

    Qeyd edək ki, son aylarda Türkiyənin bir çox bölgəsi meşə yanğınları ilə üz-üzə qalıb. 2025-ci ilin iyun və iyul aylarında İzmir, Eskişehir, Sakarya, Bilecik, Manisa və Hatayda genişmiqyaslı yanğınlar qeydə alınıb.

    İzmir vilayətindəki yanğınlar nəticəsində 50 mindən çox insan təxliyə olunub, 200-dən çox ev və bir neçə iş yeri zərər görüb. Yanğınların səbəbləri arasında yüksək temperatur, güclü külək və elektrik xətlərindəki nasazlıqlar göstərilir. Söndürmə əməliyyatlarına mindən çox yanğınsöndürən, yüzdən artıq xüsusi texnika, 14 helikopter və 4 su təyyarəsi cəlb edilib.

    Eskişehirdə baş verən yanğın daha faciəvi nəticələrə səbəb olub – 10 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb. Həlak olanlar arasında 28 yaşlı bir meşə işçisi və 2023-cü ildə zəlzələ xilasetmə əməliyyatlarında iştirak etmiş AKUT könüllüsü də var.

    Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi fonunda Türkiyədə yanğın riski daşıyan günlərin sayı ildən-ilə artır. 2025-ci ildə bir çox bölgədə eyni anda bir neçə yanğın baş verib ki, bu da yanğınsöndürmə qüvvələrinin işini daha da çətinləşdirib.

    #Türkiyə #yanğın #meşə yanğını\ #meşə yanğını #Hatay #meşə yanğınları #yanğınsöndürən #yanğın xəbərdarlığı #yanğınla bağlı təxliyə #Türkiyədə yanğın təhlükəsizliyi #Yanğın səbəbindən təxliyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    13 Oktyabr 2025 21:42

    Tramp 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin artıq başladığını bəyan edib

    13 Oktyabr 2025 20:13

    Tramp Misirə səfər edib

    13 Oktyabr 2025 18:47

    NATO Qəzzadakı atəşkəsdəki rolu üçün Türkiyəyə təşəkkür edib

    13 Oktyabr 2025 16:50

    Türkiyədə xidmət və təmir işləri ilə bağlı tender elan edilib

    13 Oktyabr 2025 16:37

    Qızılorda Vilayətində “Qorqud Və Böyük Çölün Sədaları” Beynəlxalq Festivalının Açılışı Keçirilib

    13 Oktyabr 2025 16:17

    Muş şəhər stadionunda iki yeni tribuna inşa ediləcək

    13 Oktyabr 2025 14:37

    Ankaranın paytaxt elan edilməsindən 102 il ötür

    13 Oktyabr 2025 12:35

    Ərdoğan Misirə rəsmi səfər edəcək

    13 Oktyabr 2025 11:23

    Türkiyə və Gürcüstan Kocaelidə qarşılaşır

    13 Oktyabr 2025 11:02

    Sivas Universiteti cərrahi alət satın alacaq

    13 Oktyabr 2025 11:01

    Milli Məclisin sədri Üçtərəfli Görüşdə iştirak etmək üçün Pakistana gedib

    13 Oktyabr 2025 09:17
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Yaxın Şərq Sülh Sammitindən paylaşım edilib

    Donald Tramp Prezident İlham Əliyev haqda: “O, çox güclü liderdir”

    Tramp Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

    Azərbaycan regional diplomatiyanın ön sıralarındadır – Hikmət Hacıyev

    Tramp İranla danışıqlara başlanacağı təqdirdə, sanksiyaların qaldırıla biləcəyini bəyan edib

    Tramp 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin artıq başladığını bəyan edib

    Hüquq Bələdçisi - Beynəlxalq kommersiya mediasiyası – sərhədləri aşan sülh yolu

    İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb

    Böyük Britaniyanın Baş naziri Misirdə Ərdoğanla görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.