BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
AzerVoice-un məlumatına görə, söhbət zamanı Rusiya ilə Ukrayna arasında sülhün təmin olunmasına dair təşəbbüslər müzakirə edilib. Fidan Türkiyənin bu prosesdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
Telefon danışığında, həmçinin, Qəzzadakı vəziyyət və atəşkəsin əldə olunması istiqamətində atılan addımlar da gündəmə gəlib. Nazir bölgədəki humanitar vəziyyətin təcili şəkildə yaxşılaşdırılmasının vacibliyini qeyd edib. Bundan əlavə, Suriya ilə bağlı son hadisələr və ikitərəfli məsələlər də müzakirə olunub.
Xatırladaq ki, tərəflərin bundan əvvəlki telefon danışığı avqustun 19-da baş tutmuşdu. Həmin söhbətdə ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, eləcə də regional və qlobal məsələlər müzakirə olunmuşdu.