BAKI, AzerVoice, Səməd Əyyubov
Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) və danışıqların iflasa uğramasından sonra ölkəyə qarşı sanksiyaların bərpası məsələsini müzakirə etmək üçün avqustun 29-da qapalı məsləhətləşmələrin keçirilməsini tələb ediblər.
AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat yayıb.
Mənbənin sözlərinə görə, Avropa üçlüyünün (Fransa, Almaniya və Böyük Britaniyanın) məktubunun davamı olaraq Fransa və Böyük Britaniya İranın BHFP öhdəliklərini pozmasını və bunun nəticəsində Avropa üçlüyünün “snapback” mexanizmini işə salmasını müzakirə etmək üçün qapalı iclas çağırıb.
Qeyd edək ki, Avropa üçlüyü İranla nüvə danışıqlarının uğursuzluğa düçar olmasından sonra Tehrana qarşı sanksiyaların bərpası prosesinə start verib. Hər üç ölkənin xarici işlər nazirləri birgə bəyanatda bildiriblər ki, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası rəsmi şəkildə məlumatlandırılıb.