Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Tom Barakın jurnalistlərə qarşı ifadəsi Livanda gərginlik yaradıb

    28 Avqust 2025 10:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ nümayəndəsinin jurnalistlərə qarşı işlətdiyi ifadə Livanda etirazlara səbəb olub.

    AzerVoice xəbər verir ki, ABŞ-ın Suriya və Livan üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barakın mətbuat konfransında jurnalistlərə qarşı işlədiyi ifadələr ölkədə gərginlik yaradıb.

    Beyrutda Livan prezidenti Cozef Aunla görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Barak, “Əgər bu görüş heyvani xaosa çevrilməyə başlasa, gedəcəyik. Mədəni olun” sözlərini işlədib. Bu açıqlama ictimaiyyətdə kəskin etiraza səbəb olub. Livan Prezident Administrasiyası həmin gün bəyanat yayaraq, qonağın söylədiyi ifadələrə görə təəssüf hissi keçirdiklərini bildirib və “insanlığa hörmətin əsas prinsip” olduğunu vurğulayıb.

    Livan Jurnalistlər Birliyi Barakdan rəsmi üzr istəməsini tələb edib. Eyni zamanda, Livanın Milli Xəbər Agentliyi (NNA) etiraz aksiyalarının keçirildiyini açıqlayıb. Xiam küçələrinə çıxan insanlar ABŞ-ın İsrailə dəstəyini və Livanın daxili işlərinə müdaxiləsini pisləyərək şüarlar səsləndiriblər. Gərginlik səbəbindən Barak və nümayəndə heyətinin Xiam və Tir şəhərlərinə planlaşdırılan səfəri ləğv edilib.

    Qeyd edək ki, ABŞ nümayəndəsinin Livana səfəri regiondakı siyasi və hərbi proseslərlə bağlı məsləhətləşmələrin bir hissəsi kimi nəzərdə tutulmuşdu.

    #Livan #jurnalist #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #Tomas Barak Suriya üzrə nümayəndə #Tom Barrak
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyalı xarici işlər naziri Əsəd əş-Şeybani bu gün Beyruta səfər edəcək

    10 Oktyabr 2025 10:06

    Hizbullah HƏMAS-dan dərs almalıdır - Samir Caca

    8 Oktyabr 2025 10:16

    ABŞ “Hizbullah”ın silahsızlaşdırılması üçün Livana 230 milyon dollar ayıracaq

    6 Oktyabr 2025 11:06

    Peresdən Netanyahuya – İsrail “yumuşaq” və “sərt” güc arasında

    5 Oktyabr 2025 20:00

    Livan təhlükəsizlik orqanları Hizbullahın fəaliyyət sərbəstliyinə son qoya bilər

    30 Sentyabr 2025 10:34

    Siyasi qarşıdurmaların genişləndiyi Livanda parlament seçkiləri təhlükədədir

    28 Sentyabr 2025 23:10

    Suriya-İsrail arasında yeni təhlükəsizlik razılaşması gözlənir - Tom Barak

    24 Sentyabr 2025 11:28

    Cübran Xəlil Cübran – Yazıçı, rəssam,filosof və dahi

    22 Sentyabr 2025 22:02

    İsrail Livanın Cənubuna hava zərbələri endirib

    19 Sentyabr 2025 12:49

    İsrailin artan hücumları qəti şəkildə dayandırılmalıdır - Ərdoğan

    15 Sentyabr 2025 17:51

    İran XİN rəhbəri Əraqçi Dohada İraq və Livan XİN rəhbərləri ilə görüşüb

    15 Sentyabr 2025 11:21

    ABŞ, Livan Ordusuna Hizbullahı silahsızlaşdırmaq üçün 14,2 milyon dollarlıq yardım ayırdı

    12 Sentyabr 2025 09:50
    Demo
    XƏBƏR LENTİ

    Tramp Qəzza zolağında atəşkəs razılaşmasının qüvvədə qalacağına əmindir

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    Fransanın yeni hökumət tərkibi açıqlanıb

    44 günlük Vətən müharibəsinin xronikası: 13 oktyabr

    Tarixdə bu gün - 13 oktyabr

    Fələstin prezidenti və Qətər əmiri Qəzza ilə bağlı sülh sammitində iştirak edəcəklər

    Qəzza ilə bağlı yekun həll Fələstin dövlətinin yaradılması olacaq - Qahirə

    İndoneziya sülhü dəstəkləmək üçün Qəzzaya qoşun göndərməyə hazırdır - Vens

    Marqaret Tetçer – baqqal qızı – Dəmir Ledi

    Prezident İlham Əliyev: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.