BAKI, AzerVoice, Nərmin Ağayeva
Fransa hökuməti, Fələstin dövlətini rəsmən tanıdıqdan sonra İordan çayının qərb sahilindəki Ramallah şəhərində səfirlik açmağı nəzərdən keçirir.
AzerVoice xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun İsrail-Fələstin üzrə xüsusi nümayəndəsi Ofer Bronştayn İsrailin Kanal 12 televiziyasına açıqlamasında, Fransanın sentyabrda BMT Baş Assambleyasında Fələstini rəsmən tanıyacağını və ardından Ramallahda səfirlik açmağı planlaşdırdığını bildirib.
Bronştayn, müstəqil Fələstin dövlətinin İsrailin də maraqlarına uyğun olduğunu, 7 oktyabr hadisələrinin belə bir dövlət olsaydı baş verməyəcəyini qeyd edib. O, həmçinin İsrailin Qəzzaya planlaşdırdığı işğalın beynəlxalq müqavimətlə qarşılaşacağını vurğulayıb.
Qeyd edək ki, Makron 24 iyul 2025-ci ildə Fələstini tanımaq qərarını elan edib və sentyabrda BMT Baş Assambleyasında rəsmi açıqlama verəcək. Bu qərar, İsrailin “Makron antisemitizmi alovlandırır” iddiasına səbəb olsa da, Fransa buna qarşı çıxaraq Fələstinə dəstəyini davam etdirir.