Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada aclıqdan həyatını itirənlərin sayı 300-u keçib

    26 Avqust 2025 12:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan Qəzza zolağında son 24 saat ərzində daha 3 fələstinli həlak olub.

    AzerVoice xəbər verir ki, Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada aclıqdan ölənlərlə bağlı son məlumatlar paylaşılıb.

    Açıqlamada bildirilib ki, İsrailin intensiv hücumları və blokadası altındakı Qəzza zolağında aclığın can almağa davam etdiyi, son 24 saat ərzində 3 fələstinlinin daha aclıq və yetərsiz qidalanma səbəbilə həyatını itirdiyi vurğulanıb.

    Nazirlik qeyd edib ki, Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bu günə qədər aclıqdan həyatını itirənlərin sayı 117-si uşaq olmaqla 303 nəfərə çatıb.

    Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi "İnteqrə olunmuş Qida Təhlükəsizliyi Fəallıq Sınıflandırması"nın (IPC) yayımladığı son hesabatda 15 avqust 2025 tarixinə olan məlumata görə Qəzzə şəhərindəki aclığın fəlakət səviyyəsi olan 5-ci səviyyəyə çatdığı elmi sübutlarla təsdiqlənib.

    IPC-nin hesabatında həmçinin bu ifadələr yer alıb:
    “22 ay davam edən amansız toqquşmalardan sonra Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümün xarakterizə etdiyi fəlakət şəraiti ilə üz-üzədir.”

    İsrailin hücumları və humanitar yardımın qarşısını alan sərt blokadası altında olan Qəzza zolağı, aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyenik məhsulların tapılmadığı insani fəlakət yaşamaqdadır.

    Əsasən uşaqlar olmaqla, Qəzzədə aclıq səbəbilə ölüm halları artır. Yerli və beynəlxalq qurumlar İsrailin aclığı və susuzluğu “silah” kimi istifadə etdiyini bildirirlər.

    Mülki infrastrukturun 88 faizini dağıdan İsrail ordusu, sürgün əmrləri ilə yerindən etdiyi fələstinliləri tez-tez sığındıqları bölgələrdə hədəfə alır.

    Təxminən 2,3 milyon əhalisi olan Qəzzədə, İsrailin hücumları və məcburi köçürmələri nəticəsində 2 milyon insan yerindən edilib, bir çoxu dəfələrlə məcburi köçürülüb.

    Ən əsas ehtiyaclardan məhrum şəkildə yerindən edilən fələstinlilər, çürük çadır düşərgələrində, həddindən artıq sıxlıq olan, gigiyena vasitələrinin çatışmadığı, tualetlərin belə yetərsiz olduğu, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

    İsrail ordusu isə gündəlik həyata keçirdiyi hücumlarla bu çadırları və mülki yaşayış məntəqələrini bombalayır.

    #Qəzza #Qəzza zolağı #BMT #aclıq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzza böhranı və Qərbin mövqeyi #Susuzluq və aclıq #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.