BAKI, AzerVoice, Nərmin Ağayeva
Suriyada şübhəli avtomobildən açılan atəş nəticəsində iki təhlükəsizlik əməkdaşı həlak olub.
AzerVoice xəbər verir ki, hadisə Tartus əyalətində baş verib. Daxili təhlükəsizlik patrulu yol kənarında dayanmış şübhəli avtomobili yoxlamaq üçün yaxınlaşarkən atəşə tutulub.
Məlumata görə, hücum zamanı iki əməkdaş ölüb, avtomobildə olan naməlum silahlılar isə ərazidən qaçıb. Hücum edənlərin kimliyi və yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Suriyada təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar bölgədə gərginliyi artıran hadisələr sırasındadır.