BAKI, AzerVoice, Nərmin Ağayeva
Dekabrın 8-dən bəri 411 min 649 suriyalı könüllü şəkildə ölkəsinə qayıdıb.
AzerVoice xəbər verir ki, Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin məlumatına görə, 8 dekabr 2024-cü ildən bu yana həyata keçirilən təhlükəsiz, könüllü, ləyaqətli və nizamlı qayıdış prosesi çərçivəsində yüz minlərlə suriyalı evinə dönüb.
2016-cı ildən indiyədək könüllü olaraq geri dönənlərin ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda Türkiyədə müvəqqəti qoruma altında 2 milyon 543 min 711 suriyalı yaşayır.
Proses BMT Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında aparılır. Qayıdış prosedurları sərhəd-keçid məntəqələrində tamamlandıqdan sonra suriyalılar avtobuslarla ölkələrinə yola salınır.
Ölkəsinə dönən suriyalılar Türkiyədə onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ifadə edib, burada öyrəndiklərini və qazandıqları təcrübəni Suriyada yeni həyata başlamaq üçün istifadə edəcəklərini bildiriblər.