Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada son sutka ərzində ölən və yaralananların sayı açıqlanıb

    15 Avqust 2025 18:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 51 fələstinli həlak olub, 369 nəfər yaralanıb.

    AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında davam edən hücumlarda həlak olan mülki şəxslərin ümumi sayı 61 827-yə, yaralananların sayı isə 155 275-ə çatıb.

    Məlumatda bildirilir ki, İsrailin martın 18-dən etibarən atəşkəs razılaşmasını pozmasından sonra indiyədək 10 300 nəfər ölüb, 43 234 nəfər yaralanıb. Son sutkada isə bölgədə humanitar yardım paylanması zamanı İsrailin açdığı atəş nəticəsində 17 nəfər həyatını itirib, 250 nəfər yaralanıb. Beləliklə, yardım paylanması zamanı ölənlərin ümumi sayı 1 898-ə, yaralananların sayı isə 14 113-ə yüksəlib.

    Nazirliyin məlumatına görə, İsrailin bölgəyə ərzaq və humanitar yardımın çatdırılmasına mane olması səbəbindən aclıqdan ölənlərin siyahısına son 24 saatda daha bir qız uşağı əlavə olunub. Beləliklə, aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirənlərin sayı 107-si uşaq olmaqla 240 nəfərə çatıb.

    Hazırda Qəzza zolağında vəziyyət son dərəcə gərgindir. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar böhran getdikcə daha da dərinləşir.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #silahlı hücum #Fələstin Səhiyyə Nazirliyi #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Hərbi əməliyyatlar #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrailin Qəzzəyə hücumu #Qəzzə müharibəsi 2025 #Qəzzədə humanitar böhran #İsrailin Qəzzədəki hərbi əməliyyatları #Fələstin ölənlərin sayı #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.