BAKI, AzerVoice, Nailə Babazadə
Suriyanın şimalındakı İdlib vilayətində səbəbi hələ müəyyən edilməmiş partlayışlar nəticəsində 2 mülki şəxs həyatını itirib.
AzerVoice xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İhbariyyə, İdlib ətrafında güclü partlayış səslərinin eşidildiyini bildirib.
Partlayışların mənbəyi və xarakteri müəyyənləşdirilməyə çalışılır. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib.
İdlib Səhiyyə İdarəsinin yaydığı açıqlamada ilkin məlumata əsasən 2 mülki şəxsin həyatını itirdiyi, 4 nəfərin isə yaralandığı bildirilib.