Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriyanın birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir - Şəraa

    17 Avqust 2025 14:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Suriyanın prezidenti Əhməd əş-Şəraa bəyan edib ki, ölkənin birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir.

    AzerVoice xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Suriya artıq uzunmüddətli müharibədən yorulub və birliyin yalnız qarşılıqlı razılaşmalar yolu ilə təmin olunması mümkündür.

    Şəraa vurğulayıb ki, bəzi qüvvələr ölkəni parçalamaq niyyətindədir, lakin buna imkan verilməyəcək. Onun sözlərinə görə, müəyyən qruplar İsrail və digər regional güclərin dəstəyi ilə hakimiyyəti ələ keçirməyə çalışır, lakin bu cəhdlər nəticəsiz qalacaq.

    Prezident, iyul ayında cənubdakı Süveyda vilayətində baş verən qarşıdurmalar zamanı cinayətlərin yalnız silahlı dəstələr tərəfindən deyil, həm də təhlükəsizlik qüvvələri və hərbçilər tərəfindən törədildiyini etiraf edib. O, məsul şəxslərin dövlət tərəfindən cəzalandırılacağını bildirib.

    Şəraa həmçinin İsraili Süveyda hadisələrinə müdaxilə etməkdə və Suriyanı zəiflətməyə çalışmaqda ittiham edib.

    O, əlavə edib ki, Dəməşq martın 10-da əldə olunmuş razılaşmaya əsasən şimal və şimal-şərqdəki kürd qüvvələri ilə danışıqları davam etdirir. Razılaşmaya görə, kürd dəstələrinin Suriya ordusuna inteqrasiyası nəzərdə tutulsa da, hələlik konkret addımlar atılmayıb.

    Şəraa bildirib ki, kürdlər idarəetmədə mərkəzləşmənin ləğvini tələb edirlər, lakin Dəməşq bu mövqeyi qəbul etmir.

    Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

    16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #İsrail #Suriya #İsrail ordusu #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Suveyda Üsyanı #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Suriyanın ərazi bütövlüyü #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Suveyda idarəetmə modeli #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #İsrailin Süveyda müdaxiləsi #Süveyda #Druz dağı #Druz Hərbi Şurası #Suveyda döyüşləri #Druzların siyasi mövqeyi #Druz muxtariyyəti təşəbbüsü #İsrailin Dəməşqə hava hücumları və druz icmasına dəstək bəhanəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    31 Yanvar 2026 10:26

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    Suriya prezidenti sabah Moskvada Putin ilə görüşəcək

    27 Yanvar 2026 19:55
    Demo
    XƏBƏR LENTİ

    Niyə Səudiyyə Ərəbistanı İrana qarşı eskalasiyadan imtina edir?

    İran və ABŞ arasında danışıqların yeni raundu razılaşdırıldı

    Qəzza qlobal nizamın sarsılmasının simvoluna çevrilib - Burhanəddin Duran

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    Müəllimi güllələyən şagird həbs edildi

    Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

    Salah Səudiyyə Ərəbistanına gələrsə, Ronaldo gedə bilər

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.