BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Bursa şəhərinin Nilüfər rayonunun Başköy məhəlləsində meşə yanğını baş verib.
AzerVoice xəbər verir ki, hadisə barədə məlumat alan yerli sakinlərin çağırışı ilə əraziyə Bursa Meşə Regional İdarəsinin əməkdaşları cəlb olunub.
Yanğının genişlənməsinin qarşısını almaq üçün həm havadan, həm də qurudan intensiv işlər aparılır.
Rəsmi açıqlamaya görə, alovun söndürülməsinə 92 nəfər şəxsi heyət, iki təyyarə, dörd helikopter, 11 yanğınsöndürmə texnikası və 12 müxtəlif xidmət maşını cəlb olunub.
"Başköy məhəlləsində meşəlik olmayan ərazidə başlayaraq meşəyə sirayət edən yanğına havadan və qurudan müdaxilə edirik. Yanğını nəzarət altına almaq üçün mübarizəmiz davam edir"- deyə, Bursa Meşə Regional İdarəsinin sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib.