Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livan rəsmiləri Hizbullahı daxili sabitliyi pozmaqda ittiham edir

    15 Avqust 2025 20:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib.

    AzerVoice-un məlumatına görə, Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.

    Livan parlamentinin üzvü Əşrəf Rifi isə Hizbullah lideri Naim Qasımın “hər hansı daxili qarşıdurmaya görə məsuliyyətin hökumətə aid olduğu” bəyanatına cavab olaraq, onu daxili müharibə hədəsini təkrarlamamağa çağırıb. Rifi, Qasımın partiyasının Livana işğal, humanitar böhran və iqtisadi fəlakət miras qoyduğunu, indi isə məğlubiyyətdən sonra dövləti və xalqı hədələyərək özünü qurban kimi təqdim etdiyini və əksəriyyəti xəyanətdə ittiham etdiyini vurğulayıb.

    Sağçı xristian Kətaib Partiyasının deputatı Elias Hankeş, Qasımın sözlərinin “xalqın həyatını, Livanın qanuni əsaslarını və ərazi bütövlüyünü təhdid etdiyini” söyləyib.

    Millət vəkili Vaddah Sadıq isə cəmiyyətin sülhünün heç bir halda şantaj vasitəsinə və ya məzhəb gərginliyi alətinə çevrilməməli olduğunu, Livanlıların həyatının hər hansı bir partiyanın, qrupun və ya məzhəbin əlində ola bilməyəcəyini qeyd edib.

    Livan Qüvvələri Partiyasının millət vəkili Qeys Yəzbek bildirib ki “Naim Qasım sözləri ilə İsraillə döyüşür, əməli ilə isə Livanı məhv edir."

    "Bizə hədə-qorxu gəlmə, çünki artıq ümumi bir qırğının içindəyik. Livana mərhəmət edin” - deyə, o Hizbullah liderinə səslənib.

    Qeyd edək ki, Hizbullahın baş katibi Naim Qasım, İsrail işğalı davam etdiyi müddətdə silahı buraxmayacaqlarını, ABŞ–İsrail layihəsinə qarşı nə bahasına olursa olsun mübarizə aparacaqlarını bəyan edib. O, hər hansı daxili qarşıdurma və ölkənin müdafiə vəzifəsinin yerinə yetirilməməsinə görə bütün məsuliyyətin Livan hökumətinə aid olacağını bildirib. Qasım həmçinin hücumların dayandırılması və İsrailin Livandan çıxarılması tələbini irəli sürərək, milli və strateji təhlükəsizlik məsələlərinin müzakirəsi zamanı bütün asanlıqları təmin etməyə hazır olduqlarını vurğulayıb.

    #Livan #Hizbullah #silahlar #Livan xəbərləri #Livan ordusu #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #Livan siyasəti 2025 #Hizbullah və Livan siyasəti #Livanda silahlı qruplar və dövlət #Livanda regional siyasət #Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullahın Livandakı təsiri #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #Hizbullahın silahsızlaşdırılması #Livanda Hizbullahın silahları necə ləğv olunur? #Hizbullah silahları təhvil verir #Hizbullahın tərksilahı #Hizbullah silahlarını nə vaxt təhvil verəcək? #Silahlarla bağlı məhdudiyyətlər #Hizbullah silahların alınması qərarı #Livan hökuməti tərksilah qərarı #Hizbullah tərksilah məsələsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir

    21 Noyabr 2025 00:10

    İsrail ordusu Livanın cənubuna hücum həyata keçirəcəyini açıqlayıb

    19 Noyabr 2025 17:28

    İsrail ordusu Livanın cənubunda hücumlar həyata keçirib

    19 Noyabr 2025 12:25

    Hizbullah zəiflədikcə Səudiyyə–Livan yaxınlaşması güclənir

    14 Noyabr 2025 12:45

    İsrail, atəşkəsi pozaraq Livanda 114 mülki şəxsi öldürüb - BMT

    13 Noyabr 2025 15:36

    Makron yaman narahatdır - Livana görə

    13 Noyabr 2025 15:00

    İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

    11 Noyabr 2025 20:57

    2026 -Livanda narkotik imperiyasının çökmə ili olcaq

    11 Noyabr 2025 10:00

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    10 Noyabr 2025 21:02

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    İsraildə Hizbullaha hücum vaxtı ilə bağlı fikir ayrılığı yaşanır

    8 Noyabr 2025 17:08

    İsrail ordusu Livanın cənubuna PUA hücumu həyata keçirib

    8 Noyabr 2025 11:39
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində baş verən zorakılıq terrorizmdir- ABŞ səfiri

    ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir

    Bu gün dünyanın ilk gəmi xəstəxanası batdı

    Bu gün “İran-Kontra” qalmaqalı qızışdı

    Tarixdə bu gün – 21 Noyabr

    Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi qəbul edilib

    Zelenski Vaşinqtonun yeni planı fonunda ABŞ nümayəndə heyəti ilə görüşəcək

    İsrail 17 druz gəncinə təlim verəcək

    MÜSİAD Azərbaycan ilə Bilim Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

    ABŞ-də təhsil alan Səudiyyəlilər Vision 2030 üçün kadr potensialını gücləndirir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.