BAKI,AzerVoice
21 noyabr 1916-cı il tarixində, Birinci Dünya müharibəsi illərində hospital gəmisinə çevrilmiş “Britannic” , Egey dənizində baş verən güclü partlayış nəticəsində batdı. Hadisə zamanı 30 nəfər həlak oldu, lakin 1000-dən çox insan xilas edilə bildi.
1912-ci ildə Titanikin batışından sonra, ona bənzər ikinci gəminin – ilkin adı "Gigantic" olan, sonradan "Britannic" adlandırılan gəminin konstruksiyasında əhəmiyyətli dəyişikliklər edildi. Layihəyə aşağıdakılar daxil edildi:
Gəminin gövdəsi gücləndirildi və Bütün sərnişinlərin yerləşəcəyi qədər xilasetmə qayıqları əlavə edildi.
1914-cü ildə suya buraxılan Britannic o zamanın ən böyük kruiz gəmisiydi, lakin Birinci Dünya müharibəsi səbəbilə hospital gəmisi kimi xidmətə cəlb edildi və kapitan Çarli Bartlett tərəfindən idarə edildi.
Fəlakət necə baş verdi?
1916-cı il noyabrın 21-də saat 08:12-də, Britannic Yunanıstan sahillərinə yaxınlaşarkən güclü partlayış qeydə alındı. İstintaq nəticələri tam müəyyən edilməsə də, çoxları gəminin minalanmış əraziyə düşdüyünü ehtimal edir.
Kapitan təcili siqnal verməklə yanaşı, gəmini yaxınlıqdakı Kea adasına tərəf istiqamətləndirməyə çalışdı. Bu, gəmini xilas edə bilərdi, lakin:
Tibbi heyətin havalandırma üçün açdığı ilkin pəncərələrdən (porthole) su içəri dolmağa başladı,
Uzun məsafədə hələ hərəkətdə olan gəmidən vaxtsız salınan xilasetmə qayıqları gəminin pərlərinə ilişərək dağıldı və əksər itkilər həmin qayıqlardakı şəxslər arasında qeydə alındı.
Saat 09:07-də, yəni partlayışdan cəmi 55 dəqiqə sonra, Britannic tamamilə suya qərq oldu. Gəminin qalıqları 1976-cı ildə 120 metrdən çox dərinlikdə tapıldı.