Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Zelenski Vaşinqtonun yeni planı fonunda ABŞ nümayəndə heyəti ilə görüşəcək

    20 Noyabr 2025 22:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı Kiyevdə ABŞ Müharibə Nazirliyinin yüksək rütbəli nümayəndə heyəti ilə görüşəcək. AzerVoice xəbər verir ki, görüş, ABŞ-ın müharibəni Moskvanın maraqlarına uyğun şərtlərlə dayandırmağı nəzərdə tutan planına dair yayılan məlumatların fonunda keçirilir.

    Pentagon nümayəndə heyətinə ABŞ Ordusunun katibi Deniel Driskoll rəhbərlik edir. Heyət çərşənbə günü Kiyevə gəlib və artıq Ukraynanın baş naziri Yuliya Sırıdenko ilə görüş keçirib. Ukrayna tərəfi səfərin məqsədinin "yerində vəziyyətin qiymətləndirilməsi" olduğunu bildirib.

    Zelenskinin köməkçisi Dmitri Litvin jurnalistlərə açıqlamasında dövlət başçısının nümayəndə heyəti ilə görüşəcəyini təsdiqləyib.

    ABŞ rəsmiləri yanvar ayında Donald Trampın prezidentliyə qayıdışından sonra Ukraynaya nadir hallarda səfər edirlər.

    ABŞ mediasının yaydığı məlumata görə, Vaşinqton və Moskva müharibənin bitməsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparır. İddialara görə layihə çərçivəsində Ukraynanın ərazi verməsi və ordusunun 50 faizdən çox azaldılması tələb oluna bilər. Ekspertlər tərəfindən bu "təslim olmaq" kimi qiymətləndirib.

    Kreml xəbərə münasibət bildirməkdən imtina edib. Nə Kiyev, nə də Vaşinqton plan barədə rəsmi açıqlama verməyib.

    Görüş həm də Rusiyanın bu il Ukraynaya endirdiyi ən ölümcül zərbələrdən birinin - azı 26 nəfərin öldüyü hücumun ertəsi gün baş tutur.

    #Moskva #Vladimir Putin #Donald Tramp #Ukrayna #Vladimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Ukrayna Rusiya müharibəsində vasitəçi #Rusiya Ukrayna danışıqları #ABŞ Müharibə Nazirliyi #Deniel Driskoll #Dmitri Litvin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyənin müraciətindən sonra ABŞ Sudan münaqişəsinə diqqət yönəldəcək -Tramp

    20 Noyabr 2025 20:22

    Tramp, Nyu-Yorkun yeni seçilən bələdiyyə başçısı Zahran Mamdani ilə görüşəcək

    20 Noyabr 2025 09:43

    ABŞ-Səudiyyə münasibətləri strateji və iqtisadi cəhətdən dərinləşir

    19 Noyabr 2025 18:58

    Ərdoğan və Zelenski Ankarada sülh gündəmi ilə görüşəcək

    19 Noyabr 2025 10:39

    Səudiyyə ABŞ-yə 1 trilyon dollarlıq investisiya yatıracaq

    18 Noyabr 2025 22:35

    Müharibənin sona çatdırılması üçün Türkiyədə görüşlər keçiriləcək - Zelenskiy

    18 Noyabr 2025 13:02

    Ronaldo Dünya Kuboku öncəsi Ağ Evdə Tramp ilə görüşəcək

    18 Noyabr 2025 12:06

    Tramp Səudiyyə Ərəbistanına “F-35” qırıcılarının satışına razılıq verdi

    18 Noyabr 2025 07:41

    İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib

    18 Noyabr 2025 02:00

    Səudiyyə vəliəhd şahzadəsinin 6 ildən sonra ABŞ-a ilk səfəri

    17 Noyabr 2025 16:36

    Maduro ilə danışa bilərik, onlar dialoq istəyirlər - Tramp

    17 Noyabr 2025 09:47

    Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işləyirik - Kallas

    15 Noyabr 2025 14:05
    Demo
    XƏBƏR LENTİ

    Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi qəbul edilib

    Zelenski Vaşinqtonun yeni planı fonunda ABŞ nümayəndə heyəti ilə görüşəcək

    İsrail 17 druz gəncinə təlim verəcək

    MÜSİAD Azərbaycan ilə Bilim Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

    ABŞ-də təhsil alan Səudiyyəlilər Vision 2030 üçün kadr potensialını gücləndirir

    Səudiyyənin müraciətindən sonra ABŞ Sudan münaqişəsinə diqqət yönəldəcək -Tramp

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    Riyad İsraillə normallaşma üçün Fələstin dövlətinin yaradılmasını şərt qoyub

    İsrail Qəzza sərhədinə yaxın ərazidə beynəlxalq musiqi festivalı keçirəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.