Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    2026 -Livanda narkotik imperiyasının çökmə ili olcaq

    11 Noyabr 2025 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Livanın təhlükəsizlik strukturlarında narahat illərin ardından ilk dəfə olaraq ciddi optimizm hiss olunur. Rəsmi məlumatlara əsasən, ölkə 2026-cı ildə on illər boyunca formalaşmış və regional ölçülərə çıxmış narkotik şəbəkələrinin sonunu görə bilər. Bu şəbəkələrin əsası vətəndaş müharibəsi dövründə qoyulmuş, daha sonra Suriya müharibəsinin yaratdığı geosiyasi boşluq nəticəsində genişlənmişdi.

    Narkotik ticarəti Livan və Suriyanı tranzit qovşağına çevirərək İordaniya üzərindən Körfəz ölkələrinə, xüsusilə də Səudiyyə Ərəbistanına daşınırdı. Eyni zamanda bu ticarət ayrı-ayrı milis qrupları, təhlükəsizlik strukturlarının bəzi qüvvələri və siyasi dairələr üçün mühüm maliyyə mənbəyinə çevrilmişdi.

    Suriya faktorunun təsiri

    Təhlükəsizlik rəsmilərinin açıqlamalarına görə, Suriya müharibəsi narkotik şəbəkələri üçün dönüş nöqtəsi oldu. Sərhədin Suriya tərəfində “boz zona” adlandırılan ərazilər uzun müddət narkobaronlar üçün təhlükəsiz məkana çevrilmişdi. Onlar kəndlərdə evlər alır, zavodlar qurur, Suriya ordusunun bəzi bölmələrinin himayəsi altında rahat fəaliyyət göstərirdilər.

    Lakin əvvəlki rejimin süqutu və sərhədi qoruyan “dördüncü diviziya”nın bölgədən çıxarılması vəziyyəti dəyişdi. Narkobaronların əksəriyyəti Livana geri qayıtdı və bu dəfə artıq Livan ordusunun hədəfinə çevrildi. Bir çoxu məhv edildi və ya həbs olundu.

    Livan və Suriya ərazisində ən geniş yayılmış narkotik captagon oldu. Onun sürətlə yayılmasının əsas səbəbləri bunlardır:

    torpaq və əkin sahəsi tələb etmir
    istehsal və gizlədilməsi asandır
    mövsümdən asılı deyil
    gömrükdə və standart nəzarət vasitələri ilə aşkarlanması çətindir

    İstehsal üçün lazım olan kimyəvi maddələr qanuni şəkildə əldə edilirdi. Buna görə fabriklər çox vaxt ucqar evlərdə, fermalarda və boş anbarlarda qurulurdu. Bəzi məlumatlara görə, müəyyən dövrlərdə captagonun Liviyaya daşınmasına beynəlxalq muzdlu qruplar qoşulmuş və hər qutu üçün yüksək məbləğdə ödəniş almışdılar.

    Sosial boşluq narkobaronlar üçün fürsət idi

    Beka və Akkar kimi iqtisadi cəhətdən zəif bölgələrdə narkotik ticarəti illərlə alternativ “iqtisadi model” rolunu oynadı. Böyük tacirlər özlərini “xeyriyyəçi” kimi göstərir, insanlara yardım edir, tələbələrin təhsil haqqını ödəyir, elektrik və su layihələri maliyyələşdirirdilər. Bunun qarşılığında isə gənclər paylama zəncirinə cəlb edilirdi.

    Təhlükəsizlik mənbələri bildirir ki, bəzi narkotik tacirləri hətta siyasi arenaya daxil olmaq və seçkilərdə iştirak etmək barədə düşünürdü.

    Dövlətin əks-hücumu

    Livan ordusu və təhlükəsizlik qurumları son iki ildə genişmiqyaslı əməliyyatlara başladı. Nəticədə, captagon zavodları söküldü, qaçaq yolları bağlandı, kartellərin maliyyə şəbəkələri kəsildi və əsas şəxslər zərərsizləşdirildi

    Ən diqqət çəkən əməliyyatlardan biri “Əbu Səllə” kimi tanınan məşhur narkobaronun məhv edilməsi idi. Onun təhlükəsizlik sistemi yüzlərlə müşahidə nöqtəsindən, silahlı dəstələrdən və gizli yollarından ibarət idi. Ordunun aylarla davam edən izləmə planı nəticəsində narkobaron hava zərbəsi ilə öldürüldü.

    Rəsmi dairələr hesab edir ki, narkotik ticarətinin tam çöküşü üçün həm təhlükəsizlik əməliyyatları, həm də sosial-iqtisadi inkişaf zəruridir. Əgər insanlar alternativ gəlir mənbəyi əldə etməsə, kartellər yenidən sosial zəiflikdən yararlana bilər.

    2026-cı il hansı mənzərə ilə qarşılanacaq?

    Təhlükəsizlik analitikləri belə hesab edir ki, bu bir çox amillərlə əlaqədardır:

    Suriya rejiminin süqutu, sərhədlərə nəzarətin bərpası, kartellərin rəhbərliyinin məhv edilməsi, istehsal və tranzit xətlərinin sıradan çıxarılması və eləcə də Beka və Akkar bölgələrində inkişaf layihələrinin başlaması

    Bütün bunların nəticəsində nəticəsində Livanın on illərlə davam edən narkotik şəbəkəsi düşüş mərhələsinə keçib və tarixi sona yaxınlaşır.

    Təhlükəsizlik qurumlarının ümumi yanaşmasına görə, Livan ilk dəfə real şəkildə narkotik şəbəkələrinin çökməsinə yaxınlaşıb. Əgər əməliyyatlar dayanmadan davam etsə və sosial layihələr icra olunsa, 2026-cı il ölkədə narkotik ticarətinin ən zəif nöqtəyə çatdığı il kimi tarixə düşə bilər.

    #Livan #narkotik maddə #narkotik ticarəti #Narkotik qaçaqmalçılığına qarşı mübarizə #Kaptagon narkotik ticarəti #Kaptagon istehsalı Suriyada #Mahir Əsəd və kaptagon şəbəkəsi #məktəblilərdə narkotik istifadəsi #Misir məktəblərində narkotik #Misirdə narkotik asılılığı ilə mübarizə #Ərəb ölkələrində narkotik vərdişləri #İraqda narkotik problemi #Yaxın Şərqdə narkotik ticarəti #İraq-Suriya sərhədində narkotik qaçaqmalçılığı #Ənbar və Bəsrə narkotik marşrutları #İraqda narkotik aludəçiliyi #AzerVoice Analitik Təhlil Mərkəzi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda narkotik ticarəti ilə məşğul olan 23 şübhəli barəsində həbs qərarı verilib

    16 Yanvar 2026 10:17

    Livan hökuməti ilə Hizbullah arasında "vətəndaş müharibəsi" xəbərdarlığı gərginliyi artırıb

    15 Yanvar 2026 11:43

    Livan Prezidenti Cozef Aun və Hizbullah arasında gərginlik pik həddə çatıb

    14 Yanvar 2026 11:56

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Öncə aldadıldıq, sonra bombalandıq – Qəddafinin qızından İrana çağırış

    12 Yanvar 2026 14:52

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Türkiyədə narkotik satıcılarına qarşı əməliyyatlar: 424 nəfər saxlanıldı

    7 Yanvar 2026 09:45

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL

    3 Yanvar 2026 09:40

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    2 Yanvar 2026 16:26

    Ümumi qadağadan dəqiq hədəfləməyə: ABŞ-ın İxvan strategiyası

    28 Dekabr 2025 20:00
    Demo
    XƏBƏR LENTİ

    Qalatasaray və Fənərbaxça cərimələnib

    Siqhlər əsrlər boyu bərabərlik və sosial ədalət uğrunda mübarizə aparıblar - Sidhu Dabindercit Sinqh

    Ötən ildə əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib

    İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni formatı: Ər-Riyad, Ankara və İslamabad daha da yaxınlaşır

    İsrail ordusunun atəşkəsə baxmayaraq açdığı atəş nəticəsində Qəzzada bir qadın həlak olub

    Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilir

    Albaniya prezidenti Bayram Beqay Azərbaycana səfər edəcək

    Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

    Pakistan ərəb dünyasında hərbi təsirini genişləndirir

    Keçən il Türkiyədən Rusiya dəri məhsulları ixracı azalıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.