BAKI, AzerVoice, Nərmin Ağayeva
Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 17 nəfər həlak olub, 75 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, Hindustan Times-ın məlumatına görə, “bulud partlayışı” nəticəsində baş verən leysan yağışlar Kiştvar rayonunu sular altında qoyub. Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.
Hadisə bölgədə ciddi dağıntılara səbəb olub, yolların və körpülərin bir hissəsi sıradan çıxıb. Təhlükəsizlik qüvvələri, xilasetmə dəstələri və yerli sakinlər itkin düşənləri tapmaq üçün işlərini davam etdirir.