Əsas səhifə » İsrail Ordusu Yəməndə Hava Hücumlarına Başladı

İsrail Ordusu Yəməndə Hava Hücumlarına Başladı

BAKI, AzerVoice

İsrail ordusu Yəməndə müxtəlif nöqtələrə hava hücumları təşkil edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail Müdafiə Naziri İsrael Katz X sosial media hesabından paylaşım edib.

Katz, paylaşımında, "Yəmən qanunu, Tehran qanunu ilə eynidir," ifadəsini istifadə edib.

"Siyah Bayraq" adı verilən hücumda, İsrail ordusunun Hudeydə, Salif və Ras İsa limanlarına, Ras el-Kesib elektrik stansiyasına və Husilərin istifadə etdiyi "Galaxy Leader" gəmisinə şiddətli hücumlar təşkil etdiyini bildirən Katz, "Husilər, hərəkətlərinin cəzasını ağır şəkildə ödəməyə davam edəcəklər" deyə qeyd edib.

Hücumlarda ölü və ya yaralı olub-olmaması barədə hələ məlumat verilməyib.

İsrail Ordu Sözcüsü Aviçay Adrae, X hesabında etdiyi açıqlamada, hücumların onlarla döyüş təyyarəsi ilə həyata keçirildiyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice