BAKI,AzerVoice
Manisa Böyükşəhər Bələdiyyəsi tərəfindən beton parket və boru istehsalı üçün 15 min ton sementin satın alınması ilə bağlı tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sement tenderin nəticələri açıqlandıqdan sonra 130 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 4 avqust 2025-ci il tarixinə qədər "Laleli Mahallesi Mimar Sinan Bulvarı No:242/A Y.Emre Manisa Yunusemre/Manisa" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir