BAKI, AzerVoice
ABŞ senatoru Sanders İsrailin Fələstinə hücumlarını "barbarlıq" adlandırıb.
AzerVoice xəbər verir ki, ABŞ senatoru
Bernie Sanders sosial media platforması X hesabında paylaşım
edərək, İsrailin Fələstinə qarşı davam edən hücumlarını
“barbarcasına” və “əxlaqsız” adlandırıb.
O bildirib ki, bu hücumlar beynəlxalq hüquqa ziddir və Amerika
xalqı bunu anlayır.
New York Times qəzetində dərc olunan “Demokratlar İsraillə bağlı fikirlərin sürətlə dəyişdiyini başa düşməlidirlər” başlıqlı məqaləyə istinad edən Sanders, Demokrat Partiyası liderlərini AIPAC-a qarşı açıq mövqe sərgiləməyə və İsrailə hərbi yardımın dayandırılmasını tələb etməyə çağırıb.
Senator, partiya daxilində dəyişən ictimai rəyə diqqət çəkərək, müsəlman namizəd Zöhran Məmdaninin ilkin seçkilərdə qələbəsini bunun bariz nümunəsi kimi göstərib.
Qeyd edək ki, New York Times-ın həmin məqaləsində əgər Demokratik Partiya İsrailə qeyd-şərtsiz dəstəyini davam etdirərsə, 2028-ci il prezident seçkilərində “Mamdani kimi siyasi üsyanlara” qarşı daha həssas vəziyyətə düşəcəyi barədə xəbərdarlıq edilib.