Əsas səhifə » Ərdoğan Özgür Özəli məhkəməyə verdi

Ərdoğan Özgür Özəli məhkəməyə verdi

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı 500 min türk lirəsi məbləğində mənəvi təzminat iddiası qaldırıb.

AzerVoice xəbərr verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın X sosial media hesabından paylaşım edib.

Aydının verdiyi açıqlamaya görə, iddia Ankara Asliye Hüquq Məhkəməsinə təqdim edilib. Aydın bildirib ki, Özgür Özəlin 5 iyul 2025-ci il tarixində CHP Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclasından sonra verdiyi mətbuat açıqlamasında Ərdoğana yönəlik əsassız ittihamlar, təhqiramiz ifadələr və təhdid xarakterli çıxışlar səbəbilə bu hüquqi addım atılıb.

Bundan əlavə, Hüseyn Aydın qeyd edib ki, Özgür Özəl barəsində Prezidentə təhqir və Türk Cinayət Məcəlləsinin 310/2-ci maddəsinə əsasən təhdid ittihamları ilə Ankara Respublika Baş Prokurorluğuna da cinayət şikayəti təqdim olunub.

Hadisə Türkiyə siyasi gündəmində gərginliyin artdığı bir vaxta təsadüf edir.

Digər Kateqoriyalar

2025 © Azervoice