BAKI, AzerVoice
Türkiyə müdafiə sənayesindən tarixi addım - Bayraktar TB2 ilk
dəfə Avropada istehsal ediləcək .
AzerVoice xəbər verir ki, Türkiyənin
pilotsuz uçuş aparatları istehsalçısı Baykar ilə İtaliyanın Piaggio
Aerospace şirkəti arasında imzalanan müqaviləyə əsasən, Bayraktar
TB2 İtaliyada istehsal ediləcək.
Bu, milli İHA-ların ilk dəfə xaricdə istehsalı ilə yadda qalacaq.
İstehsal Avropada Piaggio Aerospace-in müəssisələrində həyata
keçiriləcək.
Baykarın bu addımı Türkiyənin müdafiə sənayesində təkcə istehsalçı yox, eyni zamanda qlobal texnologiya lideri kimi mövqeyini gücləndirir. Avropadakı istehsal həm ixrac proseslərini sürətləndirəcək, həm də Baykarın bu bazarda mövqeyini daha da möhkəmləndirəcək. Müqavilə Türkiyə ilə İtaliya arasında strateji müdafiə əməkdaşlığını daha da dərinləşdirir.
Qeyd edək ki, Bayraktar TB2 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib və 2020-ci ildəki Qarabağ müharibəsi və Ukrayna–Rusiya münaqişəsində göstərdiyi uğurla qlobal nüfuz qazanıb. Hazırda 13-dən çox ölkəyə ixrac edilən TB2, 220 km/saat sürət və 300 km məsafə uçuş qabiliyyəti ilə dünyanın ən effektiv İHA-larından biri hesab olunur.