BAKI, AzerVoice
Hindistanın Himaçal-Pradeş əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 78-ə çatıb.
AzerVoice xəbər verir ki, Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında iyunun 20-dən bəri təsirli olan güclü musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində azı 78 nəfər həlak olub, 121 nəfər isə xəsarət alıb.
NDTV telekanalının məlumatına görə, bölgədə 243 yol bağlanıb və 37 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir. Hindistan Meteorologiya İdarəsi əyalət üçün xəbərdarlıq verərək, yağışların iyulun 9-dək davam edəcəyini bildirib.
Qeyd edək ki, Cənubi Asiyada hər il iyun-sentyabr aylarında təsirli olan musson yağışları Hindistanda genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb olur.