Əsas səhifə » Kreml sülh üçün şərtlərini açıqlayıb

Kreml sülh üçün şərtlərini açıqlayıb

BAKI, AzerVoice

Kreml danışıqların üçüncü raunduna işarə edib - Müharibənin bitməsi üçün Rusiyanın təhlükəsizlik tələbləri önə çəkilib.

AzerVoice xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranının diplomatik yollarla həllinə açıq olduqlarını bəyan edərək, davamlı sülh üçün Rusiyanın təhlükəsizliyinə təhdid yaradan amillərin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Lavrov Türkiyənin vasitəçiliyi ilə may və iyun aylarında İstanbulda aparılan birbaşa danışıqları xatırladaraq, üçüncü raundun tarixinin müəyyənləşmək üzrə olduğunu bildirib.

Lavrov bildirib ki, müvəqqəti atəşkəs yox, daimi sülhə ehtiyac var. Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzv olması ehtimalı və NATO-nun şərqə doğru genişlənməsi Rusiyanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Bundan əlavə, Rusiya ilhaq etdiyi Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınmasını, Ukraynanın tərksilahı və neytrallaşmasını, Qərb sanksiyalarının ləğvini və müsadirə edilmiş aktivlərin geri qaytarılmasını tələb edir.

Qeyd edək ki, Lavrov bu açıqlamaları Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibəsində verib və Budapeştin Ukrayna münaqişəsinə tarazlı yanaşmasını müsbət dəyərləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice