6
BAKI, AzerVoice
İran Mərkəzi və Qərb bölgələri üzərindəki hava məkanını beynəlxalq aviareyslər üçün açıb.
AzerVoice xəbər verir ki, bu barədə İranın Nəqliyyat və Şəhərsalma Nazirliyinin sözçüsü Məcid Əxvan məlumat verib.
Bildirilib ki, Mülki Aviasiya Təşkilatının Koordinasiya Komitəsinin qərarına və mövcud təhlükəsizlik şəraitinə əsasən, ölkənin şərq hissəsinin hava məkanından əlavə olaraq, beynəlxalq və tranzit reyslərin istifadəsi üçün Mərkəzi və Qərb bölgələrinin hava məkanı da açılıb.
Bununla belə, həmin qərar yalnız beynəlxalq və tranzit uçuşlara aiddir və daxili reyslər üçün dəyişiklik nəzərdə tutulmur.