Əsas səhifə » Pakistanda baş verən daşqınlar nəticəsində azı 32 nəfər ölüb

Pakistanda baş verən daşqınlar nəticəsində azı 32 nəfər ölüb

BAKI, AzerVoice

Son 36 saat ərzində Pakistanın şimalında baş verən daşqınlar nəticəsində azı 32 nəfər ölüb.

AzerVoice xəbər verir ki, bu barədə "The Guardian" jurnalı məlumat yayıb.

Məlumata əsasən, ölənlər arasında 16 uşaq da var.

Həlak olanlar arasında yardım gözləyərkən daşqın sularının apardığı turist ailəsi də olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə ailənin Svat çayının daşması fonunda kiçik bir torpaq parçasında sağ qalmağa çalışdığı əks olunub. Şahidlərdən biri bildirib ki, həmin insanlar təxminən bir saat ərzində yardım gözləyib, lakin bu müddətdə onları sel aparıb. Bu görüntülər Pakistan ictimaiyyətində qəzəb doğurub və yerli hakimiyyətlərin fəaliyyətsizliyi sərt şəkildə tənqid edilib.

Nəşr yazır ki, 240 milyondan çox əhalisi olan Pakistan təbiət fəlakətləri nəticəsində baş verən kütləvi insan itkiləri ilə mütəmadi üzləşir. Xatırladaq ki, 2022-ci ildə baş verən güclü yağışlar və daşqınlar nəticəsində ölkədə azı 1700 nəfər həyatını itirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice