Əsas səhifə » ABŞ-ın Detroit şəhərində sakinlərin üzərinə helikopterlərdən pul atılıb

ABŞ-ın Detroit şəhərində sakinlərin üzərinə helikopterlərdən pul atılıb

BAKI, AzerVoice

ABŞ-ın Detroit şəhərində sakinlərin üzərinə helikopterdən minlərlə dollar nağd pul atılıb.

AzerVoice xəbər verir ki, bu barədə "The Detroit News" qəzeti məlumat yayıb.

Məlumata görə, bu hadisə, yerli avtoyuma sahibinin vəfatından əvvəlki son arzusu olaraq həyata keçirilib.

Hadisə şahidlərinin sözlərinə görə, hüquq-mühafizə orqanları qısa müddətə yolları bağlamağa məcbur qalıb. Çünki insanlar bəzi maşınlarını yolun ortasında saxlayaraq düşən pulları yığmaq üçün qaçmağa başlayıblar. Yaranan qarışıqlığa baxmayaraq, toplaşanlar sakit davranıblar və heç bir insident baş verməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice