Əsas səhifə » Livana edilən hücumun məqsədi "Hizbullah" üzvünün öldürülməsi olub - IDF

Livana edilən hücumun məqsədi "Hizbullah" üzvünün öldürülməsi olub - IDF

BAKI, AzerVoice

İsrail Müdafiə Ordusu (IDF) Livana növbəti hava zərbəsinin endirildiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Məlumata görə, zərbənin hədəfi Livanın cənubundakı Kunin yaşayış məntəqəsinin ətrafında yerləşən və şiə "Hizbullah"ın üzvü olan Mühəmməd Hammudinin öldürülməsi olub.

İsrail tərəfinin bildirdiyinə görə, Hammudi "Hizbullah"ın cənubdakı Bint Cbeyl şəhəri ətrafında yerləşən hərbi qolunun bölmələrindən birinə komandanlıq edirdi.

Digər Kateqoriyalar

2025 © Azervoice