Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Knesset İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib

    22 Oktyabr 2025 20:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Knesset İordan çayının qərbn sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqlədi

    AzerVoice xəbər verir ki, İsrail parlamenti - Knesset, çərşənbə günü keçirilən iclasda Qərb Sahilinə İsrail suverenliyinin tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

    Knesset eyni zamanda Şərqi Qüds yaxınlığındakı “Maale Adumim” yaşayış məntəqəsinin İsrail ərazisinə ilhaqını nəzərdə tutan qanun layihəsini də ilkin oxunuşda qəbul edib.

    Lakin hər iki qanun layihəsi qanuni qüvvəyə minməsi üçün daha üç səsvermədən keçməlidir.

    İsrailin dövlət yayım şirkətinin məlumatına görə, “Noam” adlı ifrat sağçı partiyanın lideri Avi Maoz bu qanun layihəsini Knessetə təqdim edib, baxmayaraq ki, baş nazir Benyamin Netanyahu hazırkı dövrdə səsvermənin keçirilməsinə qarşı çıxıb.

    Xatırladaq ki, iyulun 23-də Knesset Qərb Sahilinin ilhaqını dəstəkləyən bənzər təklifə səs verib, o zaman 120 deputatdan 71-i layihənin lehinə çıxış etmişdi. Bu addım beynəlxalq aləmdə kəskin reaksiyalara səbəb olmuş, “iki dövlətli həll” perspektivini məhv edən addım kimi qiymətləndirilmişdi.

    Yeni səsvermə ABŞ-ın vitse-prezidenti Cey Di Vansın İsraildə səfərdə olduğu vaxta təsadüf edib. Vans çərşənbə axşamı Qəzza sektorunda atəşkəs razılaşmasını möhkəmləndirmək məqsədilə İsrailə gəlib.

    Qeyd edək ki, sentyabrın 26-da ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İsrailin Qərb Sahilini ilhaq etməsinə icazə verməyəcək.

    Hazırda ifrat sağçı İsrail partiyaları Qərb Sahilindəki yaşayış məntəqələrinə İsrailin inzibati və hüquqi nəzarətini tətbiq etmək məqsədilə fəal təzyiqlər göstərir.

    #İsrail #Benyamin Netanyahu #Fələstin #Donald Tramp #QÜDS #Yaxın Şərq #İordan çayının qərb sahili #Knesset #Maale Adumim #Avi Maoz #Cey Di Vans #ilhaq qanunu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Venesuela ordusu və polisi prezident Rodriqesə sadiqlik andı içdi

    29 Yanvar 2026 12:30

    ABŞ hərbi donanması İrana doğru yola düşüb - Tramp

    28 Yanvar 2026 10:06

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33

    Qəzzada saxlanılan son israilli əsirin cəsədi tapılıb

    26 Yanvar 2026 18:28

    İsrailin xarici işlər naziri Bakıda dini tolerantlığı vurğulayıb

    26 Yanvar 2026 12:45

    Ceyhun Bayramov ilə israilli həmkarı arasında təkbətək görüş keçirilir

    26 Yanvar 2026 12:45

    Dəməşq ABŞ-ın dəstəyi ilə Süveydaya nəzarəti gücləndirməyə hazırlaşır

    26 Yanvar 2026 11:42

    ABŞ-ın sabiq prezidenti Klinton xalqı Trampa qarşı birləşməyə çağırıb

    26 Yanvar 2026 10:09

    UNRWA-nın Şərqi Qüdsdəki qərargahı yandırılıb

    26 Yanvar 2026 10:03

    ABŞ-nin İrana mümkün hücumu fonunda İsrail ordusu hazırlıq vəziyyətini gücləndirib - İsrailli general

    26 Yanvar 2026 09:18
    Demo
    XƏBƏR LENTİ

    2026-cı ildə dünyanın ən güclü tank orduları açıqlanıb

    Bu gün Mahatma Qandi qətlə yetirildi

    Tarixdə bu gün - 30 yanvar

    Azərbaycanın hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək - Ceyhun Bayramov

    Türkiyənin İzmit neft emalı zavodunda partlayış baş verib

    İran SEPAH-ın terror siyahısına salmasını riyakarlıq adlandırıb

    ABŞ-ın Yaxın Şərqdəki döyüş gəmilərinin sayı ona çatıb - Tramp İrana qarşı təzyiqləri gücləndirir

    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər

    Rusiya İrandakı Atom Elektrik Stansiyasını təxliyə edə bilər

    Ərdoğan və Özbəkistan Prezidenti birgə mətbuat konfransında çıxış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.