Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran SEPAH-ın terror siyahısına salmasını riyakarlıq adlandırıb

    29 Yanvar 2026 23:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Avropa İttifaqının İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsi Tehranla Brüssel arasında gərginliyi kəskinləşdirib.

    AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Avropa İttifaqının qərarını “seçici qəzəb” və “açıq riyakarlıq” adlandıraraq, bu addımın bölgədə gərginliyi daha da artıracağını bildirib. Onun sözlərinə görə, Aİ Qəzzada baş verən hadisələrə qarşı heç bir reaksiya vermədiyi halda, İran daxilindəki hadisələr fonunda “insan haqları müdafiəçisi” kimi çıxış etməyə çalışır.

    Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə İnqilab Keşikçiləri Korpusunun terror siyahısına salınmasını “qətiyyətli siyasi addım” kimi təqdim edib. O bildirib ki, etiraz aksiyalarının güc yolu ilə yatırılması cavabsız qala bilməz və öz vətəndaşlarına qarşı zorakılıq tətbiq edən istənilən rejim nəticələrinə hazır olmalıdır.

    Qeyd edək ki, İnqilab Keşikçiləri Korpusu 1979-cu il İslam İnqilabından sonra yaradılıb və İranın ali dini rəhbərinə tabe olan elit hərbi qurumdur. Korpus ölkənin raket və nüvə proqramlarına nəzarət edir.

    Bununla yanaşı, Avropa Şurası etiraz aksiyalarının yatırılması zamanı “ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan” 15 nəfər və 6 quruma qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. Siyahıya İranın daxili işlər naziri və baş prokuroru da daxildir.

    İran tərəfi isə rəsmi məlumatlara görə, etirazlar zamanı 3 mindən çox insanın həlak olduğunu təsdiqləyib, Qərb və İsraili daxili iğtişaşları qızışdırmaqda ittiham edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı Aİ-nin qərarını “məntiqsiz və məsuliyyətsiz” adlandıraraq, bunun İran xalqına və dövlət müstəqilliyinə açıq düşmənçilik olduğunu bəyan edib.

    Ekspertlər hesab edirlər ki, bu qərar ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyi və Vaşinqtonun Tehrana qarşı ritorikanı sərtləşdirdiyi bir vaxtda Avropa–İran münasibətlərində yeni və riskli mərhələnin başlanğıcıdır.

    #İran Aİ-ni seçici qəzəbdə ittiham etdi #Aİ İnqilab Keşikçilərini terror siyahısına saldı #Tehran Brüsselin qərarına sərt reaksiya verdi #İran–Aİ münasibətlərində gərginlik dərinləşir #Aİ-dən İrana qarşı yeni sanksiyalar paketi #İran qərarı düşmənçilik aktı adlandırdı #İran AB’yi seçici tepkiyle suçladı #AB Devrim Muhafızlarını terör listesine aldı #Tahran’dan Brüksel’e sert yanıt #İran-AB hattında gerilim tırmanıyor #AB’den İran’a yeni yaptırımlar #İran kararı düşmanca buldu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran SEPAH-ın terror siyahısına salmasını riyakarlıq adlandırıb

    29 Yanvar 2026 23:21

    ABŞ-ın Yaxın Şərqdəki döyüş gəmilərinin sayı ona çatıb - Tramp İrana qarşı təzyiqləri gücləndirir

    29 Yanvar 2026 23:05

    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər

    29 Yanvar 2026 22:46

    Rusiya İrandakı Atom Elektrik Stansiyasını təxliyə edə bilər

    29 Yanvar 2026 22:32

    Avropa İttifaqı İran İnqilab Keşikçiləri Korpusunu terror siyahısına salıb

    29 Yanvar 2026 20:11

    Nipah virusu Hindistanda narahatlıq yaradıb: region ölkələri hava limanlarında nəzarəti gücləndirir

    29 Yanvar 2026 19:19

    Avropa güc dilində danışmağı öyrənməlidir - Almaniya kansleri

    29 Yanvar 2026 18:50

    Rusiya və BƏƏ liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    29 Yanvar 2026 17:32

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Çin Myanmada yerləşən dəstələrlə əlaqəsi olan 11 cinayətkarı edam edib

    29 Yanvar 2026 12:30

    Venesuela ordusu və polisi prezident Rodriqesə sadiqlik andı içdi

    29 Yanvar 2026 12:30
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 30 yanvar

    Azərbaycanın hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək - Ceyhun Bayramov

    Türkiyənin İzmit neft emalı zavodunda partlayış baş verib

    İran SEPAH-ın terror siyahısına salmasını riyakarlıq adlandırıb

    ABŞ-ın Yaxın Şərqdəki döyüş gəmilərinin sayı ona çatıb - Tramp İrana qarşı təzyiqləri gücləndirir

    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər

    Rusiya İrandakı Atom Elektrik Stansiyasını təxliyə edə bilər

    Ərdoğan və Özbəkistan Prezidenti birgə mətbuat konfransında çıxış edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər

    Qüdsün Azadlığına Gedən Yol: Hattin meydan müharibəsi və gizli detalları

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.