BAKI, AzerVoice, Orxan Qədirzadə
Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən TÜPRAŞ-ın İzmit neft emalı zavodunda partlayış qeydə alınıb.
AzerVoice xəbər verir ki, ilkin məlumatlara əsasən, partlayış zavod ərazisində yerləşən benzin çənlərindən birində baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili müdaxilə briqadaları cəlb olunub.
Məsələ ilə bağlı aparılan ilkin araşdırmalara görə, partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Təhlükəsizlik məqsədilə ərazi nəzarətə götürülüb, mütəxəssislər tərəfindən texniki baxış və qiymətləndirmə işləri davam etdirilir.
Rəsmi qurumlar hadisənin səbəbləri ilə bağlı əlavə məlumatın araşdırmalar yekunlaşdıqdan sonra açıqlanacağını bildiriblər.