Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Səhabə həyatı

    Dövrünün siyasi xadimi və sahəbə - Abdullah ibn Zübeyr

    14 Sentyabr 2025 15:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Abdullah ibn Zübeyr Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri olmuşdur. O, Zübeyr ibn Əvvamın oğludur. O, həm də dövrünün siyasi xadimi olmuşdur. Quran tə sirinin, fiqh elminin və hədislərin bilicilərindən hesab edilir. Onun nəql etdiyi 30-dan artıq hədis müxtəlif kitablarda yer almışdır.

    Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuşdur. Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hic rətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuk döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir.

    Abdullah ibn Zübeyr igidliyi, əqidəsi, ədaləti, yüksək əxlaqı, dərin düşüncəsi və digər müsbət xüsusiyyətləri ilə başqalarından seçilmişdir. O, təzyiqə, zülmə və ədalətsizliyə qarşı mübarizə aparan şəxs kimi tanınmışdır. Hüseyn ibn Əli ilə birlikdə xəlifə Müaviyənin oğlu Yəzidin hakimiyyətini tanımamışdır. O, Yəzidin ilk xəlifələrin tərtib etdiyi idarə etmə üsulundan yayınmasına və Əməvilərin hakimiyyətdə möhkəmlənməsinə qarşı çıxmışdır.

    Abdullah ibn Zübeyrə Hüseyn ibn Əlinin faciəli ölüm xəbəri çatanda, o xəlifə Yəzidə qarşı çıxmış, Məhəmməd peyğəmbərin nəvəsinin ölümündə günahkar olan sülaləyə tabe olmaq istəməmişdir. O, Əməvilərə qarşı olan üsyançılara başçılıq etmişdir. Məkkə və Mədinə rəhbərləri, daha sonra isə bütün hicazlılar ona dəstək olmuş, onu xəlifə kimi tanımışdırlar. Əməvi xəlifəsi Yəzid, onun üzərinə ordu göndərməsinə baxmayaraq, onun müqavimətini qıra bilməmişdir.

    Tərəflər arasında gedən döyüşlər zamanı, xəlifə Yəzidin ölüm xəbəri gəlmiş, bundan sonra Əməvi ordusu Hicazdan Suriyaya çəkilmiş, bu bölgədə hakimiyyət Abdullah ibn Zübeyrə keçmişdir.
    Onun xəlifəliyini Yəmən, Bəsrə, Kufə, Xorasan, eləcə də bir sıra başqa şəhərlər və bölgələr tanımışlar. Əməvilər isə yalnız Suriya və Misirin ayrı-ayrı bölgələrini öz əllərində saxlaya bilmişlər. Beləliklə, İslam alimlərinin çoxu Abdullah ibn Zübeyri xəlifə kimi tanımışlar. Onun hakimiyyəti hicrətin 64-cü ilindən 73-cü ilə qədər davam etmişdir. Ancaq, Əbdül-Məlik ibn Mərvan dövründə güclənən Əməvilər, Abdullah ibn Zübeyrin hakimiyyətinə son qoya bilmişlər. Əməvi ordusunun baş komandanı Həccac, Məkkəni ələ keçirmiş və döyüşlərdə şəhər böyük dağıntılara məruz qalmışdır.
    Abdullah ibn Zübeyr şəhərə girən Əməvi qoşunu ilə sona qədər vuruşaraq, 73 yaşında Məkkə məscidində şəhid olmuşdur.

    #Səhabə həyatı #İslam tarixi #Hədis elmi #Abdullah ibn Zübeyr #Səhabə #Zübeyr ibn Əvvam #Hicrət #Quran təfsiri #Fiqh elmi #Hədis #Yərmuk döyüşü #Müaviyə #Yəzid #Əməvilər #Məkkə və Mədinə #Xəlifəlik mübarizəsi #Hicaz #Həccac #Məkkənin mühasirəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslamın Ən Böyük Komandanı: Xalid ibn Vəlidin Həyatı və Qazandığı Savaşlar

    31 Yanvar 2026 22:00

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Xütbə oxunarkən qaza namazı qılmaq olar?

    14 Noyabr 2025 10:48

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    Hicr surəsi nədən bəhs edir?

    11 Noyabr 2025 09:11

    Züha surəsi nədən bəhs edir?

    10 Noyabr 2025 06:14

    İslam dünyası bir-birinə bağlı bina kimi olmalıdır - Ərdoğan

    3 Noyabr 2025 16:38

    İki müqəddəs məscidi 54,5 milyon ziyarətçi və ümrə ziyarətçisi ziyarət edib

    28 Oktyabr 2025 06:25

    Peyğəmbərin vəfatına qədər vəhylər davam edib?

    14 Oktyabr 2025 21:22

    Cinlər insanlardan üstünmü, onlardan necə qorunmalı?

    9 Oktyabr 2025 14:18

    Quranda adları keçən peyğəmbərlər

    7 Oktyabr 2025 19:00

    Əməvilərdən Osmanlıya: Abbasilərin Beş Əsrlik Hakimiyyət Yolu

    3 Oktyabr 2025 18:02
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Qrinzboroda ABŞ-da vətəndaş hüquqları tarixində dönüş nöqtəsi olan “oturaq etiraz” hərəkatı başladı

    Robert Kolleci idarəçisi Epşteynə məktubunda Türkiyənin mühafizəkarlığını şikayət edib - Türkiyə KİV

    Azad Cammu Kəşmirin prezidenti Sultan Mehmud Çaudri vəfat edib

    Tarixdə bu gün - 1 fevral

    Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olundu

    İran ABŞ-la müharibə iddiaları fonunda danışıqlarla bağlı açıqlama verib

    İranda ABŞ hərbçiləri üçün məzar yerləri hazırlandığı iddia olunub

    İranın Bəndər-Abbas şəhərində partlayış qaz sızması nəticəsində baş verib

    İslamın Ən Böyük Komandanı: Xalid ibn Vəlidin Həyatı və Qazandığı Savaşlar

    Baykar 2025-ci ildə də dünya SİHA ixrac bazarında liderliyini qoruyub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.