Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Fəthin Osmanlı tarixinin inkişafına təsirləri nə oldu?

    7 Sentyabr 2025 12:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İstanbulun fəthi gənc sultana sonsuz bir qüdrət və nüfuz qazandırmışdı. Fəthdən əvvəl böyük qarışıqlıqlar içində çalxalanan Osmanlı İmperiyası bu hadisənin gətirdiyi böyük prestijlə həm İslam dünyasının ən parlaq dövləti mövqeyinə yüksəldi, həm də düşmənləri üzərində psixoloji sarsıntı yaratdı. Fatih Sultan Mehmed fəthdən dərhal sonra hakimiyyətini məhdudlaşdıran Çandarlını vəzifədən uzaqlaşdırdı və bir müddət sonra öldürtdü. Hökmdarlığına təhdid hesab etdiyi Orxan Çələbi də fəth zamanı aradan qaldırılmışdı.

    Fatihin vəziriəzəmlərinin sonuncusu istisna olmaqla hamısı qapıqulu mənşəlidir. Bu, hökmdara aristokrat türk ailələrinin nüfuzundan qurtulmaq imkanı verdi. Lakin hər şey devşirmələrin əlinə buraxılmadı; dini, inzibati və maliyyə bürokrasiyası türklərdən təşkil olundu. Beləcə, qapıquluları ilə türklər arasında bir tarazlıq yaradılaraq, dövlət idarəçiliyində yeganə söz sahibinin padşah olması təmin edildi. Tarixçi Halil İnalcık qeyd edir ki, Fitrət dövrünün həqiqi sonu İstanbulun fəthi ilə oldu. Fəthdən əvvəl zəifləyən imperiya, əldə etdiyi bu böyük nüfuzla dünya siyasətinə istiqamət verəcək bir gücə çevrilməyə başladı.

    Halil İnalcığın fikrincə, fəth nəticəsində II Mehmed özünü ümumdünya imperiyasının təmsilçisi kimi görməyə başladı və mütləq, məhdudsuz bir hakimiyyət qazandı. Bu isə mərkəzləşdirilmiş dövlətin qurulmasına və ardıcıl fəthlər aparılmasına şərait yaratdı. Fatihin cahanşümul hakimiyyət ideyası geniş əsaslara söykənirdi: Türk-Moğol hökmdarlıq ənənəsi, İslam xilafət anlayışı və Roma imperiya ideyası. Fəthdən sonra Fatih özünü Roma imperiyasının yeganə varisi hesab edərək, Bizans imperatorları ilə qohumluq bağları olan bütün sülalələri (məsələn, Trabzon Rum İmperiyası, Mora despotları və s.) aradan qaldırmaq üçün fəaliyyətə girişdi.

    Teymurdan sonra dirçələn qədim türk ənənələri bu dövrdə daha da ön plana çəkildi. Fatihin bir nəvəsinə Oğuz Xan, digərinə isə Qorqud adı verməsi bu düşüncənin nə qədər əhəmiyyət qazandığını göstərir. Osmanlı dövlətinin quruluşunda mühüm rol oynamış, lakin Fitrət dövrü səbəbindən bir müddət zəifləyən “qazavat siyasəti” də yenidən dirçəldi. Fatih özünü İslam aləmində qazanın ən böyük təmsilçisi və İslam dünyasının qoruyucusu hesab edirdi. Böyük oğluna Osmanlıda qaza və fəthlərin ən böyük simalarından biri olan Yıldırım Bəyazidin adını verməsi bu düşüncənin göstəricisidir. Kiçik oğluna isə İranın məşhur hökmdarlarından biri olan Cəmin adını verməsi onun hakimiyyət anlayışının genişliyini nümayiş etdirirdi. Halil İnalcık vurğulayır ki, Fatihin şəxsində türk, İran, İslam və Roma hökmdarlıq ənənələrini birləşdirən yeni bir Osmanlı padşahı tipi meydana gəldi.

    #Osmanlı dövləti tarixi #Osmanlıda mərkəzi hakimiyyət #Teymur və Osmanlı döyüşü #Osmanlı İmperiyası #Osmanlı tolerantlığı #Osmanlı ticarət siyasəti #İpək yolu və Osmanlı #Osmanlı-Fransa kapitulyasiyası #Osmanlı və Avropa ticarəti #Osmanlıda yəhudi mühacirəti #Osmanlı memarlığı Avropada #Osmaniye #Osmanlı memarlığı #Osmanlı incəsənəti #Fatih Sultan Mehmed #Fəthin Osmanlı tarixinin inkişafına təsirləri #Türk-Moğol hökmdarlıq ənənəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Soyqırımlar, işğallar, deportasiyalar: Rusiya cinayətlərinin tarixi

    20 Yanvar 2026 08:00

    Osmanlı dövlətinin ilk böyük mühasirələri: Bursa, İznik və İzmitin fəthi

    18 Yanvar 2026 13:41

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    11 Yanvar 2026 23:00

    Osman Qazi əmisi Dündar bəyi hansı səbəbdən edam etdirdi?

    11 Yanvar 2026 13:29

    Osmanlı dövlətində şeyxülislam necə müəyyən edilirdi?

    10 Yanvar 2026 10:43

    Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda nə baş verdi?

    4 Yanvar 2026 18:49

    Anadolu necə fəth edildi?

    3 Yanvar 2026 13:10

    Türklər Anadoluya gəldikdə orada kimlər vardı?

    3 Yanvar 2026 13:04

    Türklərin Anadoluya gəlişi necə baş verdi?

    1 Yanvar 2026 13:02

    Fatih Sultan Mehmed zəhərlənmişdimi? Tarixi iddialar və faktlar

    31 Dekabr 2025 18:30

    Bizans–Osmanlı toqquşması: 1302-ci ilin həlledici döyüşü necə baş verdi?

    31 Dekabr 2025 13:33

    Tarixdə bu gün – 30 Dekabr

    30 Dekabr 2025 00:01
    Demo
    XƏBƏR LENTİ

    Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib

    ASELSAN Konya müəssisələrində yeni nəsil SMASH sistemlərinin istehsalına başlanılıb

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    Svetoforun qırımızı işığında keçib svetoforu yararsız vəziyyətə saldı

    2025-ci ildə 4 mindən çox ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

    Keçən il Türkiyədən Fransaya dəri məhsulları ixracı artıb (ÖZƏL)

    Ceyhun Bayramov İranın nazir müavini ilə regional təhlükəsizliyi müzakirə edib

    Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoqun müşahidə olunur - Sahibə Qafarova

    Rəqqadakı Aktan həbsxanası nəzarətə götürülüb - Suriya XİN

    İran XİN rəhbəri Ukrayna rəhbərliyini BMT Nizamnaməsini pozmaqda ittiham etdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.