Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Səhabə həyatı

    Bilal Həbəşi: İslamın İlk Müəzzini və Fədakar Səhabə

    10 Sentyabr 2025 12:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Hicrətdən təxminən qırx il əvvəl, təxminən 581-ci ildə, Habeşistan əsilli bir kölə olaraq Ərəbistanın qərbindəki Sərat bölgəsində və ya Məkkədə Cüməh qəbiləsi içində dünyaya gələn Bilal Həbəşi, İslam tarixinin ən önəmli səhabələrindən biri kimi tanınır. Atası Rəbah, anası isə müsəlman olduğu üçün ağır işgəncələrə məruz qalan Həmamə adlı bir kölə idi. Anasının adına istinadən İbn Həmamə kimi də tanınan Bilal, İslamı Həzrət Əbu Bəkrin vasitəsilə qəbul etmişdir.

    İslamı qəbul edən ilk müsəlmanlardan biri olan Bilal Həbəşi, Məkkənin nüfuzlu şəxslərindən olan Ümeyyə ibn Xələfin köləsi idi. O, Bilalın müsəlman olduğunu öyrəndikdə, onu dindən dönməyə məcbur etmək üçün ən ağır işgəncələrə məruz qoymuşdur. Bilalı qızmar qum üzərinə uzadıb, sinəsinə ağır daşlar qoymuş, dəfələrlə döymüş və suya susadaraq onu təslim olmağa məcbur etməyə çalışmışdır. Lakin Bilal bütün əzablara rəğmən inancından dönməmiş və "Əhəd! Əhəd!" (Allah təkdir!) deyərək səbir göstərmişdir.

    Nəhayət, Həzrət Əbu Bəkr, Ümeyyə ibn Xələfə pul ödəyərək Bilalı azad etmiş və onu Məhəmməd peyğəmbərin yanına gətirmişdir. Mədinəyə hicrət etdikdən sonra, Bilal gözəl səsi ilə tanındığı üçün İslamın ilk müəzzini seçilmişdir. Müsəlmanlar hər dəfə namaza toplaşanda, Bilal Kəbədə və məscidlərdə azan oxuyaraq İslam tarixində mühüm rol oynamışdır.

    Bilal Həbəşi İslam uğrunda döyüşlərdə də fəal iştirak etmişdir. O, Bədr döyüşündə özünə işgəncə vermiş keçmiş sahibi Ümeyyə ibn Xələflə qarşılaşmış və tərəfdaşları ilə birlikdə onu və oğlunu öldürmüşdür. Məkkənin fəthindən sonra, Məhəmməd peyğəmbər Kəbəyə daxil olmuş, oradakı bütləri sındırmış və Bilala Kəbənin üzərində azan oxumağı əmr etmişdir.

    Məhəmməd peyğəmbərin vəfatından sonra, Bilal Həbəşi Əbu Bəkr və Ömər xəlifəliyi dövründə Bizanslılara qarşı döyüşlərdə də iştirak etmişdir. Xəlifə Ömər Qüdsü fəth etdikdə, Bilal onun yanında olmuşdur. Daha sonra Suriyada yaşayan Bilal, ölümünə az qalmış Mədinəyə qayıtmış və 60 yaşında vəfat etmişdir.

    Bilal Həbəşi, İslam tarixində yalnız ilk müəzzin deyil, həm də imanın və fədakarlığın rəmzi olaraq qalır. Onun həyatı, müsəlmanlar üçün sədaqət, iman və cəsarətin simvolu kimi xatırlanır.

    #İslam irsi #Səhabə həyatı #İslam tarixi #Peyğəmbərimizin Həyatı #Səhabə #Azərbaycan İslam ensiklopediyası #Əbu Bəkr #İbn Həmamə #Həmamə #Allah təkdir!
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslamın Ən Böyük Komandanı: Xalid ibn Vəlidin Həyatı və Qazandığı Savaşlar

    31 Yanvar 2026 22:00

    Səlib Yürüşlərində Tibb Möcüzəsi: Müsəlman Həkimlər Xristian Kralları Necə Müalicə Edirdi?

    31 Yanvar 2026 18:56

    İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri

    25 Yanvar 2026 18:30

    İslam məzhəbləri tarixində vasililik cərəyanı nədir?

    10 Yanvar 2026 13:34

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Qrinzboroda ABŞ-da vətəndaş hüquqları tarixində dönüş nöqtəsi olan “oturaq etiraz” hərəkatı başladı

    Robert Kolleci idarəçisi Epşteynə məktubunda Türkiyənin mühafizəkarlığını şikayət edib - Türkiyə KİV

    Azad Cammu Kəşmirin prezidenti Sultan Mehmud Çaudri vəfat edib

    Tarixdə bu gün - 1 fevral

    Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olundu

    İran ABŞ-la müharibə iddiaları fonunda danışıqlarla bağlı açıqlama verib

    İranda ABŞ hərbçiləri üçün məzar yerləri hazırlandığı iddia olunub

    İranın Bəndər-Abbas şəhərində partlayış qaz sızması nəticəsində baş verib

    İslamın Ən Böyük Komandanı: Xalid ibn Vəlidin Həyatı və Qazandığı Savaşlar

    Baykar 2025-ci ildə də dünya SİHA ixrac bazarında liderliyini qoruyub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.