BAKI,AzerVoice
Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman çərşənbə axşamı paytaxt Ər-Riyadda İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər regiondakı son durum və Səudiyyə–İran münasibətlərini müzakirə ediblər. Danışıqlarda ikitərəfliəlaqələrin inkişafı, eləcə də siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ön planda olub.
Ər-Riyaddakı Yəmamə sarayında keçirilən görüşdə Səudiyyə tərəfdən müdafiə naziri şahzadə Xalid bin Salman, dövlət naziri və milli təhlükəsizlik müşaviri Müsəid əl-Əyban, eləcə də Baş Kəşfiyyat İdarəsinin rəhbəri Xalid əl-Humeydan iştirak ediblər.
İran nümayəndə heyətinə isə Laricaninin müavini Əli Baqeri Kəni və xarici işlər nazirinin köməkçisi Məhəmməd Əli Bək rəhbərlik edib.
Laricaninin səfəri Səudiyyə müdafiə nazirinin yaxın vaxtlarda Tehrana etdiyi rəsmi ziyarətin davamı kimi qiymətləndirilir. İki ölkə rəsmilərinin intensiv təmasları Körfəz regionunda dialoqun güclənməsinə və siyasi-sənaye əməkdaşlığının dərinləşməsinə yönəlib.