BAKI, AzerVoice
Misir ərəb dövlətlərinin dəstəyini alaraq xarici təcavüzdən müdafiə məqsədilə NATO-ya bənzər hərbi ittifaq yaratmağı planlaşdırır.
AzerVoice xəbər verir ki, məlumata görə, Qahirə ittifaqda lider mövqeyini tutmaq üçün təqribən 20 min hərbçisini birgə orduya daxil etməyi təklif edib. İkinci ən böyük kontingentin Səudiyyə Ərəbistanına, üçüncü yerin isə Körfəz ölkələrindən birinə ayrılması nəzərdə tutulur.
Rəsmi dairələr bu təşəbbüsün regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsinə xidmət edəcəyini bildirirlər.