Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Nigeriyada Şiə-Sünni Qarşıdurması və İran Amili

    7 Aprel 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Nigeriyada müsəlman əhalinin təxminən 1,3 faizini təşkil edən şiələr həm ölkənin təhlükəsizlik qüvvələri, həm də səlfilər və bu məzhəbə qarşı çıxan sünnilər tərəfindən təzyiqlərlə üzləşirlər. Bu təzyiqlər onları, çətinliklər və dövlətlə qarşıdurmalar bahasına belə, İrana üz tutmağa və ondan dəstək axtarmağa vadar edir.

    İranın Nigeriyadakı müdaxiləsi əhali tərəfindən geniş şəkildə rədd edilir. Bu narazılıq Qəzzada müharibənin gedişi ilə daha da güclənib. Nigeriyanın yarısını təşkil edən xristianlar isə ümumilikdə İsraili dəstəkləyirlər.

    Dünyada olduğu kimi, burda da ölkənin əksəriyyətini təşkil edən sünni müsəlmanlar, ümumiyyətlə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən səlfiləri dəstəkləyir və şiəliyə və eləcə də İrana qarşı çıxırlar.

    İran Nigeriya şiələrin cüzi varlığında istifadə edərək burada öz təsir dairəsini genişləndirmək istəyir.

    XXI əsrin ikinci onilliyində, şiəliyi dünyaya yaymağa çalışan İran, əvvəlcə Nigeriyadakı İslam Hərəkatına – ölkədəki ən səsli və siyasi yönümlü, Xomeyni ideyalarını mənimsəmiş şiə qrupa – dəstəyini geri çəkmiş kimi görünürdü. Bu qrupun lideri İbrahim Zəkzəki idi. İran diqqətini siyasi fəaliyyətə qatılmayan, məzhəbin qaydalarına daha sıx bağlı digər şiə qruplara yönəltmişdi.

    Lakin bütün bu çətinliklərə baxmayaraq, İran Nigeriyadakı İslam Hərəkatının lideri İbrahim Zəkzəki ilə əlaqələrini davam etdirdi. 2024-cü ilin fevral ayında İraqda şiələr üçün müqəddəs şəhər olan Nəcəfdə, İranın ali lideri Əli Xameneinin nümayəndəsi Zəkzəki ilə görüşdü. Görüşdə “İslam dünyasını” və xüsusilə Afrikanı maraqlandıran məsələlər müzakirə edildiyi bildirildi, lakin əsas məqsəd şiələiyin afrikada genişlənməsi yollarını müzakirə etmək idi.

    Tədqiqatçı Cakob Zayn “Ceymstaun Fondu” üçün yazdığı hesabatda qeyd edir ki, bu münasibətlər İranın Afrikada şiə ideologiyası və siyasətinə təsir göstərmək üçün azsaylı vasitələrindən biri kimi Nigeriya İslam Hərəkatına nə qədər önəm verdiyini göstərir.

    Əvvəlki dövrlərdə Səudiyyə Ərəbistanı Nigeriyada İslam Hərəkatının artan nüfuzunu zəiflətmək üçün hökumətə təzyiq göstərmişdi. Bu təzyiqlər 2015-ci ildə pik nöqtəsinə çatmış, həmin ildə küçə nümayişi zamanı 500-ə qədər üzv öldürülmüşdü.

    Həmin zorakılıq zamanı Zəkzəki özü də az qala öldürüləcəkdi. O və həyat yoldaşı 2021-ci ilədək ev dustaqlığında saxlanıldı. Uzun hüquqi mübarizədən sonra, tibbi səbəblərlə ölkədən çıxmasına icazə verildi və 2023-cü ilin oktyabrından 2024-cü ilin 21 fevralına qədər İranda müalicə aldı, sonra Nigeriyaya geri döndü.

    Bu hadisə Zəkzəki ilə Tehran arasındakı dərin əlaqələri göstərsə də, İslam Hərəkatı son illərdə ciddi təzyiqlərlə üzləşib. 17 noyabr 2023-cü ildə Qəzzada HƏMAS-a qarşı müharibəyə etiraz edən nümayiş zamanı, Kaduna ştatında hərəkatın iki üzvü öldürüldü.

    5 aprel 2024-cü ildə isə Qüds Günü yürüşü zamanı, yenə Kaduna ştatında, polis ilə toqquşmada azı beş hərəkat üzvü öldürüldü, 20-yə yaxın şəxs yaralandı.

    25 avqust 2024-cü ildə paytaxt Abucanın Vuse adlı elit məhəlləsində keçirilən aksiya zamanı hərəkat üzvləri ilə polis arasında toqquşma baş verdi. İki polis əməkdaşı və bir mülki şəxs öldürüldü, üç polis maşını yandırıldı. Bu hadisədən sonra polis komissarı Benet İqveyə şiələrin “hökumətə qarşı tammiqyaslı müharibə elan etdiklərini” deyərək, Abucada bu onların son aksiyası olacağını bildirdi.

    1 sentyabr 2024-cü ildə Abucada parlament binası yaxınlığında keçirilən etiraz aksiyasında bir hərəkat üzvü polis tərəfindən vuruldu, bir polis yaralandı, bir neçə polis maşını yandırıldı.

    2015-ci ildəki iğtişaşlardan sonra Nigeriya İslam Hərəkatı ciddi nəzarət altına alınıb.

    Bütün bunlarla yanaşı, 2024-cü ilin avqust ayının sonlarında, Qərbi Afrikadakı İŞİD terrorçuları Nigeriyadakı şiə icmasına qarşı qətliam törətdi və qurbanların güllələnmiş fotolarını yaydı.

    Təşkilat bildirirdi ki, bu şəxslər təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq ediblər. Bu, Nigeriyada İŞİD terror təşkilatının 2015-dən bəri şiə azınlığa qarşı ilk planlı hücumu idi.

    Bütün bu hadisələr Nigeriyadakı şiə müsəlmanların nə qədər çətin vəziyyətdə olduğunu, həm təhlükəsizlik qüvvələrinin, həm də İŞİD-in təhdidləri altında yaşadığını göstərir. Bu gərgin və təhlükəli vəziyyət isə İran üçün bölgədə nüfuzunu artırmaq üçün münbit fürsət yaradır.

    #Şiə islamçılar #Silahlı şiə qrupları #Nigeriyada şiələrə qarşı təzyiqlər #İran Nigeriyada şiələri dəstəkləyir #İbrahim Zəkzəki və İran əlaqələri #Nigeriya İslam Hərəkatı xəbərləri #Nigeriyada şiə-sünni qarşıdurması #İranın Afrikadakı nüfuzu #İŞİD və Nigeriyada şiələr #Kaduna və Abuja şiə etirazları #Nigeriyada şiələrin hüquq pozuntuları #İran Nigeriya münasibətləri 2024 #Nigeriyada İslam Hərəkatına hücumlar #Nigeriyada şiələr niyə təzyiq altındadır? #İran Nigeriyada şiə hərəkatını necə dəstəkləyir? #İbrahim Zəkzəki kimdir və nə üçün vacibdir? #2024-cü ildə Nigeriyada hansı şiə hadisələri baş verib? #Nigeriyada şiə və sünni münasibətləri necədir? #İran Afrikada hansı üsullarla nüfuz qurur? #Nigeriyada şiələr İŞİD tərəfindən hədəfə alınırmı? #Nigeriyada polis və şiələr arasında nələr baş verir? #Qüds Günü Nigeriyada necə qarşılanır? #Nigeriyada şiə icması niyə İranı dəstəkləyir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nigeriyada ordu ilə silahlı qarşıdırmada 80 nəfər öldürülüb

    27 Oktyabr 2025 08:51

    Suriyanın milli birliyinin təmin edilməsi regional sülhün açarıdır

    25 Oktyabr 2025 08:00

    Bu gün Beyrutda ABŞ dəniz piyadalarının kazarması partladıldı - 241 hərbçi həlak oldu

    23 Oktyabr 2025 00:05

    Türkiyə və Suriya terrorla mübarizə və sərhədlərin təhlükəsizliyini müzakirə edib

    12 Oktyabr 2025 19:28

    İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək - Rufiz Hafizoğlu

    22 Avqust 2025 11:17

    Nigeriyada silahlı hücumlarda 1000-dən çox insan ölüb

    15 İyul 2025 16:54

    Azərbaycan diplomatiyasının dolayı rolu: İraq böhrandan necə çıxış yolu tapdı?

    14 İyul 2025 09:00

    İŞİD-in Livanda nə işi var və ya Hizbullahın İŞİD kartı

    7 İyul 2025 12:00

    İranın geri çəkilməsi, İraqdakı tarazlığa necə təsir edir?

    1 İyul 2025 18:00

    İraq hökuməti və İranpərəst milislər arasında ortaq mövqe: Ölkənin maraqları İranla məsafə saxlamağı tələb edir

    15 İyun 2025 12:00

    Suriyada İŞİD-in Seçimləri və “Cihadçıların Məyusluqları”ndan Faydalanma Cəhdi

    29 Aprel 2025 22:00

    Silahı yerə qoyan namərddir – İraq Hizbullahı

    9 Aprel 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    Türkiyədən İrana dəri ixracı 2 milyon dolları keçib (ÖZƏL)

    İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN

    İstanbulda Pakistan və Əfqanıstan nümayəndə heyətləri atəşkəsin detallarında razılığa gəlib

    Şimali Koreya lideri mənimlə görüşmək istəsə, Asiya turumu uzadacağam – Tramp

    İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinə hücum edib

    2028-ci il prezidentliyinə namizəd olma ehtimalım hələ var - Kamala Harris

    Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

    Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib

    Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.