Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İstanbulda Pakistan və Əfqanıstan nümayəndə heyətləri atəşkəsin detallarında razılığa gəlib

    27 Oktyabr 2025 14:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Əfqanıstan mətbuatının məlumatına görə, Pakistanla sərhəddə baş verən toqquşmalardan sonra elan edilən atəşkəsin təfərrüatlarını müzakirə etmək üçün İstanbulda keçirilən görüşdə tərəflər bir çox məsələdə razılığa gəlib, digər məsələlər üzrə danışıqların davam edəcəyi bildirilib.

    AzerVoice xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə yerləşən Tolo News telekanalının verdiyi xəbərə əsasən, ABŞ-ın X sosial media platformasında yayımlanan məlumata görə, adları açıqlanmayan mənbələr danışıqların gedişatı barədə məlumat paylaşıb.

    Mənbələrin bildirdiyinə görə, Əfqanıstan və Pakistan nümayəndə heyətləri İstanbul görüşündə bir çox məsələdə anlaşma əldə edib, qalan məsələlərin isə gün sonuna qədər dəqiqləşdirilməsi gözlənilir.

    Mənbələr danışıqların gecə saatlarınadək davam edə biləcəyini, yekunda isə tərəflərin ortaq bəyanat yayımlayacağını vurğulayıblar. Bəyanatda atəşkəsin uzadılması, sərhəd yollarının yenidən açılması, əsirlərin azad edilməsi və növbəti görüşün yeri ilə vaxtının müəyyənləşdirilməsi kimi məsələlərin yer alacağı qeyd edilib.

    Qeyd edək ki, iki ölkə arasında baş verən sərhəd toqquşmalarının ardından 15 oktyabrda elan edilən 48 saatlıq atəşkəs, Türkiyə və Qətərin vasitəçiliyi ilə Doha şəhərində keçirilən danışıqların sonuna qədər uzadılmışdı.

    Doha görüşlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak etmişdi.

    Əsas müzakirə mövzusu “mövcud atəşkəsin uzadılması və sərhəd toqquşmalarının həlli” olmuş, nəticədə tərəflər razılıq əldə etmişdilər.

    Doha-da 14 saat davam edən danışıqlardan sonra atəşkəsin detallarını işləmək üçün texniki komitənin ilk iclasının İstanbulda keçirilməsi qərara alınmışdı.

    Pakistan mətbuatının yazdığına görə, Pakistan və Əfqanıstan nümayəndə heyətləri bu məqsədlə 25 oktyabrda İstanbulda bir araya gəliblər.

    #İstanbul #Pakistan #Əfqanıstan #Əfqanıstan müharibəsi #Pakistan-Əfqanıstan sərhədi #Pakistan Əfqanıstan sərhədi təhlükəsizliyi #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan və Əfqanıstan arasında gərginlik #Pakistan və Əfqanıstan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    İstanbulda çirkli gəlirlərin leqallaşdırılması işi üzrə 16 nəfər saxlanılıb

    13 Fevral 2026 11:19

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    7 Fevral 2026 15:33

    Səudiyyə Ərəbistanı İslamabaddakı məscid partlayışını kəskin pisləyib

    7 Fevral 2026 10:14

    İstanbul mərkəzli 22 vilayətdə MLKP əməliyyatı: Həbs olunanların sayı 77-yə yüksəldi

    7 Fevral 2026 09:35

    Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

    6 Fevral 2026 16:47

    Azərbaycan XİN Pakistana başsağlığı verdi

    6 Fevral 2026 16:28

    “Fənərbağça” “Ərzurumspor”u məğlub etdi - Türkiyə Kuboku

    6 Fevral 2026 09:18

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15

    Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır - Pakistanın Baş naziri

    4 Fevral 2026 22:06
    XƏBƏR LENTİ

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.