Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Suriyada İŞİD-in Seçimləri və “Cihadçıların Məyusluqları”ndan Faydalanma Cəhdi

    29 Aprel 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    2019-cu ilin martında İraq sərhədi yaxınlığındakı Deyr əz-Zor vilayətinin Bağuz qəsəbəsində son istehkamını itirməsinə baxmayaraq, İŞİD terror təşkilatı Suriyanın təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid olaraq qalmağa davam edir. Bu, əsasən Suriyanın səhralıq bölgəsində fəaliyyət göstərən “səyyar qruplar” vasitəsilə baş verir. 2024-cü ilin dekabrında Suriya rejiminin devrilməsi ilə birlikdə, İŞİD-in yeni təhlükəsizlik reallıqlarına uyğunlaşaraq strategiyasını yenidən formalaşdırması gözlənilirdi.

    Rusiya aviasiyasının dəstəyi ilə əvvəlki rejim tərəfindən başladılan hərbi kampaniyalar, eləcə də Beynəlxalq Koalisiya hava qüvvələrinin dəstəyi ilə “Suriya Demokratik Qüvvələri”nin (SDQ/ PKK-nın Suriya qolu) apardığı əməliyyatlar təşkilatın tamamilə məhv edilməsinə və ya təhdidlərinin aradan qaldırılmasına nail ola bilmədi.
    ABŞ-ın İŞİD-in şəhərlərdə yenidən meydana çıxmasının qarşısını almağa yönəlmiş siyasətləri isə təşkilatın hərbi gücünü zəiflətmək və birinci-ikinci səviyyəli liderlərinin əksəriyyətini aradan qaldırmaq baxımından qismən uğurlu olub. Lakin İŞİD hələ də müəyyən dərəcədə təhlükə olaraq qalır və Suriyadakı “kövrək” təhlükəsizlik vəziyyətindən və ABŞ-ın mümkün geri çəkilməsindən faydalana bilər.

    Təşkilatın son açıqlamalarında biri isə 20 aprel 2025-ci ildə yayımladığı videobəyanat olub. Burada İŞİD Suriyanın yeni prezidenti Əhməd Şəraa qarşı xəbərdarlıq edərək, onun beynəlxalq terrorla mübarizə koalisiyasına qoşulacağı halda nəticələri ilə təhdid edib. Bu bəyanat, ABŞ-ın Suriyanın yeni rəhbərliyindən İŞİD və törəmə təşkilatlara qarşı mübarizədə iştirak etməsini rəsmi şəkildə istəməsindən sonra yayımlanıb.

    2024-cü il dekabrın 8-də əvvəlki rejimin devrilməsindən bu yana İŞİD-in informasiya kampaniyalarında — xüsusilə təşkilatın “ən-Nəbə” jurnalında — nəzərəçarpacaq canlanma yaşanıb. Bu kampaniyalar əsasən prezident Əhməd Şəraa və yeni rəhbərliyin ərəb ölkələri və beynəlxalq ictimaiyyətlə münasibət qurmaq səylərinə qarşı yönəlib. Təşkilat bu cəhdləri “şəhidlərin qanını satmaq” və bir zamanlar “Cəbhət ən-Nusra” lideri kimi çıxış edən Əhməd Şəraanın (Əbu Məhəmməd əl-Colani) təbliğ etdiyi “şəriətin hökmü” prinsipindən imtina kimi təqdim edir. Bu prinsip isə eyni zamanda İŞİD-in öz mövcudluğunu əsaslandırmaq üçün istifadə etdiyi şüarlardan biridir.

    Lakin reallıqda, bütün bu informasiya təbliğatına baxmayaraq, döyüş meydanında vəziyyət dəyişib. Belə ki, təşkilatın səhrada olan silahlı fəaliyyəti demək olar ki, yoxa çıxıb. Bu isə İŞİD-in gələcəkdə hansı strategiya ilə hərəkət edəcəyi sualını gündəmə gətirib. Bununla belə, qeyd olunmalıdır ki, təşkilat dekabrdan bu yana ciddi təhlükəsizlik zərbələri alıb. 11 dekabrda, Bəşşar Əsəd rejiminin devrilməsindən dərhal sonra prezident Əhməd Şəraanın rəhbərlik etdiyi yeni hökumət Dəməşqin cənubunda yerləşən Zeynəb Məqamını hədəf alan İŞİD hücumunu önlədiyini və hücumla əlaqəli bir hüceyrəni həbs etdiyini açıqladı.

    Dekabrın 16-da ABŞ Mərkəzi Komandanlığı hava hücumu həyata keçirdi və bu əməliyyat nəticəsində 12 İŞİD üzvü məhv edildi. Üç gün sonra, Deyr əz-Zorda təşkilatın bir komandiri öldürüldü, ehtimala görə bu da yeni rəhbərliklə koordinasiyalı həyata keçirilib.

    Dekabrın 23-də ABŞ hava hücumu nəticəsində təşkilata məxsus silah daşıyan yük maşını hədəf alındı. 2025-ci ilin yanvarında ABŞ SDQ-yə dəstək verərək İŞİD-in hücum hücrəsinin başçısını həbs etdi. 16 fevral 2025-ci ildə isə yeni Suriya rəhbərliyi İŞİD-in Dəməşqdə hücumlar planlaşdırmaqda ittiham olunan üzvü — Əbu Həris əl-İraqini həbs etdiyini açıqladı.

    Bəzi ekspertlər təşkilatın bu hücumlara səssiz reaksiyasını yeni bir strategiyaya bağlayırlar. Bu strategiya, təhlükəsizlik təzyiqlərini azaltmaq üçün təşkilatın fəaliyyətini səssiz şəkildə davam etdirməsi və öz sıralarını gözlərdən uzaqda yenidən qurması üzərində qurulub. İŞİD-in hazırda passiv görünməyə çalışması, şəhər və kəndlərdə təhlükəsizlik qüvvələrinin nəzarətindən uzaq şəraitdə öz hüceyrələrini bərpa etməyə fürsət qazandırır.

    Taktiki Dəyişikliklər

    İllər ərzində İŞİD döyüş taktikasında dəyişiklik edərək daha çevik üsullara keçib. Kiçik və mobil qruplardan ibarət, adətən 3-5 nəfərlik dəstələr gecələr qısa və qəfil hücumlar həyata keçirərək tezliklə mövqelərinə geri çəkilirlər. Bu üsul onların izininin təqib edilməsini çətinləşdirir və hədəf alınma ehtimalını azaldır. Bu taktika İŞİD-ə sabit bazalara və ya açıq qərargahlara ehtiyac duymadan fəal qalmağa imkan verir və bu da ona qarşı mübarizəni illərlə çətinləşdirib.

    SDQ-nin nəzarət etdiyi ərazilərdə isə İŞİD fərqli fəaliyyət forması seçib. Burada təşkilat yerli tayfa narazılıqları və daxili münaqişələrdən yararlanır.

    SDQ qüvvələrinə qarşı bəzi hücumların birbaşa təşkilatla əlaqəli olmayan yerli tayfa üzvləri tərəfindən həyata keçirildiyini bildirilir. Lakin bu şəxslər İŞİD-in tətbiq etdiyi gizlilik və manevr taktikasına uyğun hərəkət edərək, hücumların arxasında real icraçıların müəyyənləşdirilməsini çətinləşdiriblər. Bu isə fərdi hücumlara daha təşkilatlanmış görünüş verir. Bu mənada, təşkilat tayfa narazılıqlarını fürsət kimi dəyərləndirərək, mövcudluğunu artırmağa çalışır.

    İdlib Təcrübəsi və Ümumi Strategiya

    Bu kontekstdə “Əl-Şərq əl-Əvsət”ə danışan və adının açıqlanmasını istəməyən Suriya ümumi təhlükəsizlik qurumundan bir rəsmi şəxs belə deyib ki, : “Biz İdlibdə İŞİD-lə təcrübə qazandıq və əvvəllər onun hüceyrələrini sıradan çıxarmağı bacardıq. Hətta bu təşkilat daha güclü, biz isə bu günkindən daha zəif olduğumuz dövrdə belə bunu etmişdik. Amma indi daha hazırlıqlı və təcrübəliyik”.

    Rəsmi şəxs bildirib ki, yeni Suriya hökuməti ümumi təhlükəsizlik strategiyasına əsaslanır. Bu strategiya aşağıdakı istiqamətləri əhatə edir:

    Təhlükəsizlik orqanlarının yenidən qurulması və fəaliyyətlərinin əlaqələndirilməsi ilə yatmış hüceyrələrin vaxtında aşkarlanması

    Sərhədlərin qorunması və döyüşçülərin keçidinin qarşısının alınması üçün qonşu dövlətlərlə əməkdaşlığın gücləndirilməsi

    Radikal ideoloji təbliğata qarşı maarifləndirmə kampaniyaları və internetə nəzarət

    Əsas xidmətlərin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə və yerli inkişaf proqramlarının genişləndirilməsi yolu ilə ekstremizmin dəstək bazasının zəiflədilməsi

    Eyni zamanda, təhlükəsizlik mənbəyi bildirib ki, “İŞİD-in sürətli hücumlar vasitəsilə – məsələn, kiçik partlayıcı qurğuların yerləşdirilməsi və ya hədəfli sui-qəsdlərlə – tanınmış mülki və ya təhlükəsizlik fiqurlarını hədəfə alması istisna edilmir”. O əlavə edib ki, təşkilat şəhərlərdə bu tip hücumlar üçün yatmış hüceyrələrdən istifadə edə bilər, habelə nizamsız yaşayış məhəllələrini və nəzarətsiz bölgələri müvəqqəti gizlənmə yeri kimi istifadə edə bilər. Bu isə təhlükəsizlik orqanları üçün əlavə çətinliklər yaradır.

    Yeni İdarəyə Qarşı Təşviqat

    İŞİD terro təşkilat hal-hazırda “yorğunluq və tükənmə mərhələsindən keçir” və əvvəlki kimi əraziyə nəzarət etmək yox, daha çox təhlükəsizlik sabitliyini pozmaq üçün kiçik hüceyrələr yaratmaq niyyətindədir.
    Maliyyə və insan resurslarının çatışmazlığı, eləcə də Suriya və İraq arasında artan təhlükəsizlik əməkdaşlığı nəticəsində regionda artan təzyiqlərlə qarşı-qarşıyadır. Buna baxmayaraq, İŞİD silahlı fraksiyaların daxilində – xüsusilə hökumətin İslamdan uzaq mövqeyindən məyus olan cihadçı mənşəli döyüşçülər arasında – narazılıqlardan faydalanmağa çalışacaq.

    Yeni Hakimiyyətə Qarşı Çətinliklər və Təhdidlər

    Suriya keçid hökuməti ölkədə təhlükəsizlik və iqtisadi sabitliyi təmin etməkdə ciddi çətinliklərlə qarşı-qarşıyadır. Şimali-şərqi Suriyada SDQ ilə gərginliklər, sahil bölgələrində əvvəlki rejimin qalıqları ilə münasibətlər və druz icması ilə mürəkkəb əlaqələr daxilində dərin daxili parçalanma mövcuddur.

    Eyni zamanda, yeni rəhbərlik beynəlxalq və ərəb legitimliyi qazanmağa, real idarəçilik təməlləri formalaşdırmağa çalışır. Hələlik ABŞ tərəfindən rəsmi tanınma baş verməyib və ölkəyə qarşı beynəlxalq sanksiyaların əksəriyyəti qüvvədə qalır. Prezident Əhməd Şəraanın qarşıdakı Bağdad Ərəb Sammitinə dəvət olunması üçün isə uzun diplomatik müzakirələr aparılıb.

    Bu mürəkkəb şəraitdə, İŞİD kimi bir təhlükəki terror təşkilatın mövcud qeyri-sabitlikdən və təhlükəsizlik boşluğundan faydalanmağa çalışması qaçılmazdır. Yeni hökumətin səhralıq və uzaq bölgələri qorumaq üçün kifayət qədər qüvvəyə malik olmaması, habelə məhkəmə ədalətinin gecikməsi, radikal ideologiyaların hələ də bəzi bölgələrdə təsirli olması İŞİD-in alternativ kimi təqdim olunmasına şərait yaradır. Son həftələrdə təşkilata yaxın saytlarda yayımlanan ideoloji materiallar da bu məqsədə xidmət edir.

    Terror təşkilatının gələcək üçün təhlükəli hesab edilən başqa bir planı da liderlərinin və döyüşçülərinin həbsdən azad edilməsi ilə bağlı çağırışlardır. Bu şəxslərin bir hissəsi hələ də SDQ nəzarətindəki həbsxanalarda saxlanılır və onların gələcək taleyi qeyri-müəyyəndir.

    Bu səbəbdən, İŞİD-lə mübarizə yeni hökumət üçün həm açıq, həm də gizli ən ciddi çağırışlardan biri olaraq qalır.

    #İŞİD #Suriya #İŞİD-Xorasan #Suriya Kürd Milli Şurasının (ENKS) #Suriya xəbərləri #Suriya münaqişəsi #Silahlı qruplar və Suriya #Suriya və təhlükəsizlik məsələləri #Türkiyənin Suriya siyasəti #İŞİD və şiə qrupları #Suriya Xarici İşlər Nazirliyi #İran-Suriya münasibətləri #Suriya-Rusiya əlaqələri #SDQ və Suriya ordusunun birləşməsi #İŞİD-lə mübarizə Suriyada #Dəraa vilayətində İŞİD hüceyrələri #HTŞ və İŞİD qarşıdurması #İŞİD və Nigeriyada şiələr #Nigeriyada şiələr İŞİD tərəfindən hədəfə alınırmı? #ABŞ-ın İŞİD-lə mübarizə tələbi #İŞİD-in sosial media təbliğatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələr keçirib

    27 Oktyabr 2025 18:26

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    27 Oktyabr 2025 15:42

    Pakistan beynəlxalq ictimaiyyəti Suriyaya dəstəyi davam etdirməyə çağırır

    25 Oktyabr 2025 09:14

    2025-ci ilin əvvəlindən bəri Livandan 300 minə yaxın suriyalı qaçqın vətəninə qayıdıb - BMT rəsmisi

    25 Oktyabr 2025 09:11

    Suriyanın milli birliyinin təmin edilməsi regional sülhün açarıdır

    25 Oktyabr 2025 08:00

    Türkiyə sabiq MİT əməkdaşını Suriyaya səfir təyin edib

    25 Oktyabr 2025 01:00

    Suriya və İraqda aparılan əməliyyatlar Türkiyənin mövcudluğuna yönəlmiş planları puç edir – Ərdoğan

    24 Oktyabr 2025 12:23

    Əsədə qarşı 2013-cü il kimyəvi hücumları ilə bağlı üçüncü beynəlxalq həbs qərarı verildi

    23 Oktyabr 2025 18:34

    6 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    23 Oktyabr 2025 13:14

    Suriyanın yenidənqurma xərcləri 216 milyard dolları ötüb

    22 Oktyabr 2025 10:04

    Suriya yenidən bizim tərəfimizdədir-ABŞ nümayəndəsi Tom Barak

    19 Oktyabr 2025 20:38

    Qəzza sazişi – Ankaranın Suriyada diplomatik qələbəsi

    18 Oktyabr 2025 10:19
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələr keçirib

    Türkiyə və Birləşmiş Krallıq liderləri Ankarada görüşüb

    Tramp 2028 prezident seçkilərinə yenidən namizəd olmaq istədiyini bildirib

    İran Omanla əlaqələri genişləndirməyə hazırdır

    Azərbaycanın Təbrizə yeni baş konsulu təyin edilib

    Səudiyyə Ərəbistanına yeni səfir təyin edilib

    Azərbaycanın İordaniyaya yeni səfiri təyin edilib

    Azərbaycanın İraqa yeni səfiri təyin olunub

    Prezident İlham Əliyev Meksikaya yeni səfir təyin edib

    Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.